02.05.2023- Hacıyeva Bahar Sabir qızının I kurs “Texnologiya müəllimliyi” ixtisasında “Kulinariya praktikumu”fənnindən açıq dərsi keçirildi.

02.05.2023-cü il tarixdə Hacıyeva Bahar Sabir qızının açıq dərsi keçirildi.

02 may 2023– cü il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi Hacıyev Bahar Sabir qızının I kurs  Texnologiya müəllimliyi  ixtisasında  “Kulinariya praktikumu”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Salatların  və veneqretlərin hazırlanması, bəzədilib  süfrəyə verilməsi, isti və soyuq içkilərin, meyvə və tərəvəz şirələrinin düzgün hazırlanması texnologiyasını təhlil etmək” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini E.X.İsmayılov., dos.M.C.Tağıyeva iştirak etmişdir.

B/müəl.B.Hacıyeva  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs “yaxşı”  qiymətləndirildi.