14 noyabr 2023-cü il tarixdə III kurs “Fizika müəllimliyi” ixtisasında  Fizika kafedrasının dosenti  Tağıyeva Mətanət Camal qızının “Kvant mexanikası” fənnindən “Şredinger tənliyinin dəyişənlərə ayrılması. Radial və bucaq paylanma funksiyaları” mövzusunda açıq dərsi keçirildi.

14 noyabr 2023-cü il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin III kurs “Fizika müəllimliyi” ixtisasında  Fizika kafedrasının dosenti  Tağıyeva Mətanət Camal qızının “Kvant mexanikası” fənnindən “Şredinger tənliyinin dəyişənlərə ayrılması. Radial və bucaq paylanma funksiyaları” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə  Fizika fakültəsinin dekan müavini, dos.E.X.İsmayılov., GDU rektorluğun nümayəndəsi dos.C.İbrahimiov., Fizika kafedrasının müdiri dos.Y.B.Namazov.,    Fizika kafedrasının professor – müəllim heyəti üzvlərindən dos.V.C.Rüstəmov., b/m.S.X.Musayev., b/m.f.f.d.S.R.İmanova., müəl.T.Tahirova  iştirak edirdilər.

Dos.M.Tağıyeva yeni təlim texnologiyalarından və interaktiv təlim metodlarından istifadə edərək mühazirə oxudu. O, tələbələrin fərdi psixoloji xüsusiyyətlərini nəzərə alaraq, kommunikativ  və konstruktiv  əlaqələr quraraq tələbələrin fəallığına nail oldu.

  Açıq dərsin sonunda  müzakirə keçirildi və açıq dərs “əla” qiymətləndirildi.