Fizika və texniki fənnlər fakültəsi və Pedaqoji fakültə Narkotik həyatdan ayırır və öldürür şüarı ilə tədbir keçirdib. Tədbirdə Fizika və texniki fənnlər fakültəsinin və Pedaqoji fakültənin professor-müəllim heyəti, tələbələri iştirak edirdilər. Tədbirə Dövlət Himni ilə açılış edildi. Daha sonra Ümummili Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İlk olaraq Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva çıxış etdi. Daha sonra Fizika və texniki fənnlər fakültəsinin dekanı prof. Muğan Quliyev, ÜTF və texnologiya kafedrasının müdiri, dos. Elçin Cavadov, Psixologiya kafedrasının müdiri, dos. Zümrüd Cavadova və digərləri çıxış etdilər.








