08.04.2022-ci il tarixdə Əliyeva Afət Həmid qızının “Kulinariya praktikumu”  fənnindən “Salatların hazırlanması, bəzədilməsi və süfrəyə verilməsi”mövzusunda açıq dərsi keçirildi.

08  aprel  2022 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi Əliyeva Afət Həmid  qızının I kurs  Texnologiya müəllimliyi  ixtisasında  “Kulinariya praktikumu”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Salatların hazırlanması, bəzədilməsi və süfrəyə verilməsi” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev.,  ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., kafedranın  professor–müəllim  heyəti üzvlərindən: dos.G.R.Əhədova.,  b/m-B.S.hacıyeva.,  b/m-G.Hüseynova., b/m-S.Tağıyeva, tədris ustası Xəlilova U.L., tədris ustası T.Hüseynova., lab.müdiri A.Quliyeva., kabinə müdiri – A.Məmmədova  iştirak edirdilər.

B\m.A.Əliyeva  öz pedaqoji ustalığından istifadə edərək, dərsi tələbələrə tam çatdıra bildi. Slaydlarla mövzunu hərtərəfli şəkildə  tələbələrə göstərdi.

B/müəl.A.Əliyeva  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə tam aktuallığı ilə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs “əla”  qiymətləndirildi.