Tutorlar

1. Verdiyeva Təranə Zahid qızı

2. Sadıxova Mətanət Şahin qızı

3. Mustafayeva İradə Sücəddin qızı

4. Verdiyeva Nuranə Əlişir qızı

 

 

Tarana Verdiyeva

VERDİYEVA TƏRANƏ ZAHİD  QIZI               

ÜNVAN: H.Əliyev prospekti,159,Gəncə

Tel:             055 -683-16-12

e-mail:        verdiyevatarana@gmail.com.

QISA BİOQRAFİK MƏLUMAT

29 dekabr 1964- cu ildə Gəncə şəhərində ziyalı ailəsində  anadan olmuşdur.

1971– cı ildə 1 saylı orta məktəbə daxil olmuş 1981 – cı  ildə həmin məktəbi bitirmişdir.

1981 – ci ildə Azərbaycan Texnologiya İnstitutunun “Mexanika”  fakültəsinə daxil olmuş, 1986 – cı ildə  həmin ixtisası bitirmişdir.

Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Ali təhsilli. Baş müəllim. ADAU-nun doktorantı.

ƏMƏK FƏALİYYƏTİ

1987 – ci ildən 1989 – cu ilə qədər təyinatla Gəncə toxuculuq kombinatında ixtisası üzrə işləmişdir.

1989 – cu  ildə Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq  İnstitutunda baş laborant vəzifəsində çalışmışdır.

2001- ci ildə Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakültəsinin “ÜTF və texnologiya” kafedrasında laboratoriya müdiri, 2009 – cu ildən həmin kafedrada müəllim, 2015- ci ildən isə baş müəllim vəzifəsində çalışır.

TƏDQİQAT SAHƏSİ

“Universal tipli kiçik qabaritli qüvvəli  yem hazırlayanın işçi orqanlarının təkmilləşdirilməsi və onun parametrlərinin əsaslandırılması” mövzusunda dissertasiya işi üzərində çalışır.

BEYNƏLXALQ SEMİNAR,SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

2010 və 2014 – cü illərdə ADAU-nun Beynəlxalq Elmi Praktiki konfransında iştirak etmişdir.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“Dənli yemlərin xırdalanmasında enerji sərfiyyatı” Azərbaycan Aqrar Elmi jurnalı №1, Bakı 2013, səh.162-164

“Kiçik qabaritli dənli yem xırdalayan”. Gəncə, Regional Elmi Mərkəzi. Xəbərlər Məcmuəsi, Gəncə 2013, səh.113 – 115

 

_______________________________________________________________________________

Matanat Sadiqova

ÜNVAN: H.Əliyev prospekti,159,Gəncə

Tel:             055-794-51-78

e-mail: sadixovametanet@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

24 avqust 1977-ci ildə Gəncə şəhərində anadan  olmuşdur.

1984-cü ildə Gəncə şəhər 4№-li orta məktəbin birinci sinfinə  daxil olmuş,  1994-cü ildə isə Gəncə şəhər 14№-li orta məktəbini bitirmişdir.

Həmin ildə Azərbaycan Texnologiya Universitetinə daxil olmuş və 1998-ci ildə universiteti fərqlənmə diplomu ilə  bitirmişdir.

1999-cu ildə  Azərbaycan Texnologiya Universitetinin magistratura pilləsinə daxil olub və 2001-ci ildə Çoxişlənən malların texnologiyası və avadanlıqları fakültəsini  fərqlənmə diplomu ilə bitirmişdir.  2011 – ci ildən ADAU -nun doktorantıdır.

Ailəlidir, iki övladı var.

2000 -ci ildən YAP-ın üzvüdür.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Ali təhsilli. Baş müəllim.

1998-ci ildə Azərbaycan Texnologiya Universitetinin bakalavr pilləsini fərqlənmə diplomu ilə, 2001-ci ildə Magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

Hal-hazırda doktorantura pilləsində təhsil alır.

ƏMƏK FƏALİYYƏTİ

1999-cu ildə UYM dərnək rəhbəri vəzifəsində işləmişdir.

2002-ci ildən Gəncə Dövlət Universitetində şalışır.

TƏDQİQAT SAHƏSİ

“Gəncə – Qazax iqtisadi rayonunda fermer təsərrüfatlarından heyvandarlıq məhsullarının emal müəssisələrinə daşınmasının əlverişli, texniki təminatının işlənməsi” mövzusunda dissertasiya işi aparır.

BEYNƏLXALQ SEMİNAR,SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

ADAU- da ümummilli lider H.Əliyevin anadan olmasının 91-ci ildönümü və ADAU-nun 85-illik yubileyinə həsr olunmuş 2013- cü ilin elmi – tədqiqat işlərinin yekunlarına dair elmi – praktik konfrans. Gəncə – 2014.

Müasir aqrar elmi: qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri Beynəlxalq elmi – praktik konfrans. 22-24 sentyabr 2014.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

11  elmi məqalənin və 1 tövsiyənin müəllifidir.  Məqalələrin ikisi Rusiya Federasiyasında nəşr olunub.

  1. Gəncə – Qazax iqtisadi rayonunda fermer təsərrüfatlarından heyvandarlıq məhsullarının emal müəssisələrinə daşınmasının əlverişli texniki təminatının işlənməsi ”.  AMEA Gəncə Regional Elmi Mərkəzi. “Xəbərlər” məcmuəsi, №49. Gəncə – 2012. Səh.21-25
  2. Tez xarab olan yüklərin daşınması və onlara qoyulan tələblər. Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının materialları, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı – 2013, səh. 111 – 112
  3. Ərazidə heyvandarlıq məhsulları emal edən müəssisənin yerləşdirilməsinin amilləri. ADAU, Beynəlxalq Elmi – Praktik Konfrans, 22-24 sentyabr 2014, Gəncə Azərbaycan II cild, səh. 166 – 169
  4. Способы доставки молока из ферм на перерабатывающие предприятия и пара-метры транспортных средств.  Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi, Xəbərlər məcmuəsi №1(59), Gəncə – 2015, səh.122 – 127
  5. Gəncə-Qazax iqtisadi rayonunda heyvandarlıq məhsullarının istehsalı və satışının dəyişmə qanunauyğunluqlarının müəyyən edilməsi. ADAU – nun Elmi əsərləri, Gəncə – 2015, №2, səh. 96 – 100
  6. Gəncə-Qazax iqtisadi rayonunda heyvandarlıq məhsullarının həcmi və satış qiymətlərinin aproksimasiya edən reqressiya tənliklərinin müəyyən edilməsi. ADAU Beynəlxalq Elmi–Praktik Konfransın materialları, 23-24 oktyabr 2015 II cild, Gəncə Azərbaycan, səh. 63 – 67
  7. Heyvandarlıq istiqamətli fermer təsərrüfatları-emal müəssisəsi sisteminin funksional modeli. Azərbaycan Aqrar Elmi 2–2016, Elmi Nəzəri Jurnal, səh.54 – 57
  8.  Heyvandarlıq məhsullarının emal müəs-sisələrinə daşınmasında iqtisadi-riyazi model-ləşdirmə. ADAU 8-ci Beynəlxalq Elmi-Praktik Konfransın materialları, 03-04 oktyabr 2016,  Gəncə II cild, səh. 293-295
  9. Оптимальное размещение пунктов заго-товки некоторых животноводческих продуктов. Ресурсосберегающие и природоохранные технологии и системы. Материалы между-народной заочной научно-практической конференции, 20 мая 2017 года, Балашиха 2017, стр.5-9
  10. Оптимальное размещение перерабатыва-ющих предприятий и центров заготовки животноводческих продуктов. Вестник Российского Государственного Аграрного заочного Университета, Научный Журнал № 24(29), Москва 2017, стр. 47-53
  11. MathCAD riyazi proqram paketinin tətbiqi ilə tədarük məntəqələri və emal müəssisələrinin optimal yerləşmə mərkəzlərinin təyin edilməsi. ADAU – nun Elmi əsərləri, Gəncə – 2017, №4, səh. 137 – 140

—————————————————————————————————————————————

Mustafayeva İradə Sücəddin qızı, labor.müdiri, tyutor

MUSTAFAYEVA  İRADƏ  SÜCƏDDİN QIZI  LABOR.MÜDİRİ

1968-ci ildə Azərbaycan Respublikasının Naftalan şəhərində  anadan olmuşdur. 1975- ci  ildə Naftalan şəhərinin 1 saylı orta məktəbinin I sinfinə qəbul olunmuş, 1985-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin 1 saylı orta məktəbinin 10 -cu  sinfini  bitirmişdir. Elə həmin ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fizika və Fizika müəllimliyi ixtisasının I kursuna qəbul olunmuş,  1990-cı ildə həmin ixtisas üzrə tam kursu bitirmişdir.

Ailəlidir, 2 övladı var.

2008 – ci ildən YAP – ın üzvüdür.

1990- cı ildə təyinatla Ağcabədi rayonunun 2 saylı orta məktəbinə Fizika müəllimi vəzifəsinə göndərilmişdir. Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq geri çağırılmış və həmin vaxtdan   Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin 1 saylı orta məktəbində Fizika müəllimi vəzifəsində işləmişdir. Yaşayış yerini dəyişməklə əlaqəli olaraq 2003–cü ildən Mingəçevir şəhər 17 saylı orta məktəbdə Fizika müəllimi vəzifəsinə işə başlamış  və 2008 -ci ilə qədər həmin məktəbdə Fizika müəllimi vəzifəsində çalışmışdır. Yenə də ailə vəziyyəti və yaşayış yerini dəyişməklə əlaqəli olaraq, 2008 – ci ildən Gəncə Dövlət Universitetinin  Fizika və Texniki fənlər fakültəsinin Ümumi fizika kafedrasında laboratoriya müdiri  kimi  işə başlamışdır. 2012-ci ildən həmin fakültənin  tyutor vəzifəsinə təyin edilmişdir. Hal – hazırda da Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində tyutor vəzifəsində işləyir.

________________________________________________________________________

Nurana Verdiyeva

Verdiyeva Nuranə Əlişir qızı      

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ

ÜNVAN: H.Əliyev prospekti,159,Gəncə,Azərbaycan Respublikası

Tel:       051 – 518 – 55 – 91

e-mail:

QISA BİOQRAFİK MƏLUMAT

1986 – cı ildə Gəncə şəhərində anadan olmuşdur. 2004 – cü ildə 14 saylı orta məktəbi bitirmişdir.

2004 – cü ildə GDU – nun Fizika və Texniki Fənlər fakültəsinin Fizika ixtisasına qəbul olmuş, 2008 – ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2008 – 2010 – cu illər ərzində GDU –nun magistratura şöbəsinin “Yarımkeçiricilər fizikası” ixtisasında təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.

Ailəlidir, 2 övladı var. YAP – ın üzvüdür.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

2004 – 2010- cu illərdə GDU – da tələbə olub.

2011 – 2015 – ci illərdə GDU –nun Fizika kafedrasında  baş laborant vəzifəsində işləyib.

2015 – ci ildən həmin kafedrada müəllim vəzifəsində çalışır.

TƏDQİQAT SAHƏ

GDU – nun qiyabi  doktorantıdır  və  “TlİnSe (2) TlİnS (2) bərk məhlul kristallarında elektron hadisələrinə lantanoid atomlarının təsiri” adlı dissertasiya işi üzərində işləyir.

SEÇİLMİŞ ƏSƏRLƏ

10  elmi məqalənin müəllifidir.  Məqalələrin üçü Rusiya Federasiyasında nəşr olunub.