Dosent Cavadov Elçin Məhəmməd oğlu

CAVADOV ELÇİN MƏHƏMMƏD OĞLU                  

QISA BİOQRAFİK MƏLUMAT

3 iyun 1969 – cu ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Kərimli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1986 – cı ildə, həmin rayonun İnəkboğan kənd orta məktəbini qızıl medalla bitirərək, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi  fakültəsinə daxil olmuşdur.1993 – cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.Təhsil aldığı müddətdə Lenin təqaüdçüsü olmuşdur.

1993 – cü ildən 1995 – ci ilədək Gəncə Dövlət Universitetinin  “İstehsalat əsasları və əmək təlimi metodikası” kafedrasında tədris ustası və saat hesabı müəllim, 1995 – ci ildən 1998 – ci ilədək stajor – müəllim, 1998 – ci ildən 2000 – ci ilədək müəllim, 2000 – ci ildən həmin kafedrada baş müəllim, 2008 – ci ildən isə dosent vəzifəsində işləyir. 2016-cı ildə  “ÜTF və texnologiya”  kafedrasının müdiri vəzifəsinə seçilmişdir.

2002 – ci ildə Azərbaycan Elmi – Tədqiqat “Aqromexanika” İnstitutunun dissertantı olmuş, 2005 – ci ildə “Üzümlüklərdə filloksera zərərvericisinə qarşı mübarizə texnologiyasının və maşınının təkmilləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Tədqiqat işinin nəticələri AKTA – nın Elmi – Texniki şürasında müzakirə edilib, bəyənilib, respublikanın fermer və müəssisə təsərrüfatlarının üzüm bağlarında tətbiqi buna aid təkliflərin tövsiyyə formasında nəşr olunması məqsədə uyğun hesab edilmişdir. “Torpağa fumiqantları verən maşın” adlı ixtirası  Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə stansiyasının “Bağmanlar” qəsəbəsində olan üzüm bağında tətbiq edilmiş, respublika üzrə kənd təsərrüfatı  işləri sərgisində 1 – ci yer tutmuşdur.

80 – dən artıq  elmi məqalənin, o cümlədən 3 metodik vəsaitin, 4 dərs vəsaitinin və 25-dən artıq fənn proqramının müəllifidir. Elmi əsərləri Azərbaycan və xarici ölkələrin elmi mətbuatında nəşr olunmuşdur.

2000 – ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Fizika və texniki fənlər fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri,  Fakültə Elmi şürasının, Gəncə Dövlət Universiteti  Elmi Şurasının , fakültə metodiki komissiyasının üzvüdür.