Saidə Abduləli qızı  Tağıyeva – texnika üzrə fəlsəfə doktoru,baş müəllim

24 mart 1969- cu ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1976- cı ildə Gəncə şəhərindəki 29 saylı orta məktəbə daxil olmuş, 1986 – cı ildə 14 saylı orta məktəbi bitirmişdir. 1989 – cu ildə Gəncə Dövlət Universitetinin “Mühəndis – pedoqoji” fakültəsinin ÜTF və əmək ixtisasına daxil olmuş, 1994 – cü ildə həmin fakültəni bitirmiş, elə həmin il GDU-nun  İstehsalat əsasları və əmək təliminin metodikası kafedrasında   laborant vəzifəsinə  təyin olunmuşdur.

2002 – ci ildən həmin kafedrada baş müəllim vəzifəsində çalışır, 2016-cı ildə  texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.