Mustafa Yusifov

Mustafa Qasım oğlu Yusifov– texnika üzrə fəlsəfə doktoru, dosent

2 fevral 1945 – ci ildə Tovuz rayonunun Bayramlı kəndində anadan olmuşdur.

1962 -1967 – ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “kənd təsərrüfatının mexanikləşdirilməsi” fakültəsini bitirmişdir. 1967 – ci ildə Bakı şəhəri 1  saylı peşə texniki məktəbində müəllim işləmiş,1967 – ci ildə isə texnika elmləri namizədi alimlik dərəcəsi  almışdır. 1968 – ci ildə  Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda elmi işçi işləmişdir. 1970 – ci ildən Kirovabad Pedaqoji İnstitutunda müəllim, sonra isə  baş müəllim  işləmişdir.

Hal hazırda GDU – nun “ÜTF və texnologiya” kafedrasında dosent vəzifəsində çalışır. 60- dan artıq  elmi əsərin,o cümlədən  9  müəlliflik şəhadətnaməsinin, 1 dərs vəsaitinin və 8 fənn proqramının  müəllifidir.