Dosent ƏHƏDOVA GÜLÇİMƏN RASİM QIZI

Gülçimən Rasim qızı Əhədova – texnika üzrə fəlsəfə doktoru,dosent

26 oktyabr 1965-ci ildə Azərbaycan Respublikasının Salyan rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1982-ci ildə Gəncə şəhər 28 saylı beynəlmiləl orta məktəbini bitirmiş  və Azərbaycan Texnologiya İnstitutunun Mexanika fakültəsinə daxil olmuşdur. 1987 – ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

1987- ci ildə Azərbaycan Elmi – Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunun aspiranturasına daxil olmuşdur. 1990-ci ildən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləş­dirilməsi və  Elektrikləşdirilməsi İnstitutunun dissertantı olmuş, 2005-ci ildə “Yem çuğunduru toxumunun punktir – yuva üsulu ilə səpini üçün pambıqsəpən maşına tərtibatın işlənməsi və əsaslandırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

1995-ci ildən Gəncə Dövlət Universitetində işləyir.1995-2002-ci il ərzində   Gəncə Dövlət Universitetinin İstehsalat əsasları və əmək təlimi metodikası kafedrasında tədris ustası, stajor müəllım, 2002-2004-cü ildə  müəllim, 2004-2008-ci ildə həmin kafedrada baş müəllim, 2008-ci ildən dosent vəzifəsində işləyir.