Cabbar Qarayev

Cabbar İbrahim oğlu Qarayev –fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

1960 – cı ildə Goranboy rayonunun Nizami kəndində anadan olmuşdur. 1977 – ci ildə Goranboy rayon Nizami kənd orta məktəbini bitirmişdir. 1979 – cu ildən 1981 – ci ilə kimi Moskva şəhərində hərbi xidmətdə olmuşdur.

1982 – ci ildə Kirovabad  Dövlət Pedaqoji  İnstitutunun fizika-riyaziyyat ixtisasına  daxil  olmuş, 1987 – ci ildə həmin fakültəni  fərqlənmə diplomu ilə bitirmişdir. 1985 – ci ildən 1990 – cı ilə kimi  İnstitutun komsomol komitəsinin katibinin  müavini işləmişdir. 1990 – cı ildən 2000 – ci ilə kimi Gəncə Dövlət Universitetinin tələbə həmkarlar təşkilatının sədri işləmişdir.

1992 – ci ildən Mühəndis Pedaqoji fakültəsinin “İstehsalat əsasları və əmək təlimi “ kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 1998 – ci ildə “İndium-selen əsasında radiasiyaya davamlı fotoqəbuledicilər” mövzusu üzrə dissertasiya işini müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.

2001 – ci ildən 2011 – ci ilə kimi  GDU – nun Fizika və texniki  fənlər fakultəsində tədris işləri üzrə dekan müavini vəzifəsində  işləmişdir. Hal-hazırda “ÜTF və texnologiya” kafedrasında dosent  və Gəncə Dövlət Universitetinin “Təcrübə və karyera” şöbəsinin müdiri  vəzifəsində işləyir.