VEYSOVA RƏNA MƏHƏMMƏD QIZI   

Rana Veysova

ÜNVAN: H.Əliyev prospekti,159,Gəncə,Azərbaycan Respublikası

Tel:

e-mail:

QISA BİOQRAFİK MƏLUMAT

1980-Cİ İLDƏ Qazax rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1997-ci ildə Gəncə şəhərində 14 saylı orta məktəbi əla qiymətlərlə bitirib, həmin ili Gəncə Dövlət Universitetinin fizika ixtisasına daxil olmuşdur.

2001-ci ildə GDU-nun “Yarımkeçiricilər” ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 2003-cü ildə magistraturanı “fərqlənmə” diplomu ilə bitirmişdir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Ali təhsilli. 1997- ci ildə Gəncə Dövlət Universitetinin fizika ixtisasına daxil olmuşdur.

2001-ci ildə GDU-nun “Yarımkeçiricilər” ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 2003-cü ildə magistraturanı “fərqlənmə” diplomu ilə bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

2003-cü ildən 2014-cü ilə kimi Gəncə Dövlət Universitetinin Fizika kafedrasında baş laborant, 2014-cü ildən həmin  kafedrada müəllim işləyir.

TƏDQİQAT SAHƏSİ

Yarımkeçiricilər fizikası ixtisası üzrə doktorant və ya dissertant yerlərinin olduğu yeri müəyyənləşdirib, sənəd vermək. Yarımkeçiricilər fizikası ixtisası üzrə mövzu seçmək.

BEYNƏLXALQ SEMİNAR,SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

“ yarımkeçirici birləşməsinin faza keçidi və onun yaxın ətrafında istilik keçiriciliyi” Azərbaycan Respublikası Təhsil Nazirliyi GDU. “Tələbə və magistrantların” III elmi konfransı. Gəncə – 2003.

“Yükdaşıyıcıların səpilməsi” Azərbaycan Respublikası Təhsil Nazirliyi. GDU- professor-müəllimlərin, aspirant və gənc tədqiqatçıların IV Elmi konfransı. Gəncə 2004

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“Həyəcanlaşmış biotoxumalarda neyromembranların  induktivlik xassələrinin öyrənilməsi” AMEA. Gəncə bölməsinin xəbərlər məcmuəsi. №57 Gəncə 2014