Dosent QULİYEV NİYAZİ İSLAM OĞLU

 

 

ÜNVAN: H.Əliyev prospekti,159, Gəncə,Azərbaycan Respublikası

Tel:             050-422-97-37

e-mail:

QISA BİOQRAFİK MƏLUMAT

1961-ci ildə Şəmkir rayonunun Yeni Həyat kəndində anadan olmuşdur.

1979-cu ildə Bakı Dövlət Universitetinin  fizika fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin fakültəni bitirmişdir.

1985-ci ilin  yanvar ayından Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun  göndərişi ilə Ukrayna  EA-nın  Bitki Fiziologiyası və genetika İnstitutuna  stajyor-tədqiqatçı kimi göndərilmişdir.

1986-cı ildə həmin institutun əyani aspiranturasına  daxil olmuş, 1989-cu ildə aspiranturanı bitirmiş,  1990-cı ildə müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi  almışdır.

Ailəlidir, 3 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1984-cu ildə Bakı Dövlət Universitetinin  fizika fakültəsini  bitirmişdir. 1985-ci ilin  yanvar ayından Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun  göndərişi ilə Ukrayna  EA-nın  Bitki Fiziologiyası və genetika institutuna  stajyor-tədqiqatçı kimi göndərilmişdir.

1989-cu ildə aspiranturanı bitirmiş,  1990-cı ildə müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi  almışdır.

2002-ci ildən  Gəncə Dövlət Universitetində, 2003-cü ildən  isə həmin Universitetin Ümumi fizika kafedrasında  müəllim işləyir.

2005-ci ildən Ümumi fizika kafedrasının dosentidir. 2009-cu il 13 aprel tarixində Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə ona dosent elmi adı verilmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1979-1984 cü illərdə BDU-nun fizika fakültəsində tələbə, 1985-1989 Ukrayna EA Bitki fiziologiyası və genetika İnstitutunda aspirant, 1990-1993 Azərb.ET İpəkçilik İnstitutunda elmi katib, 1993-2000 Şəmkir rayonunda rəhbər vəzifədə, 2000-2013 GDU-nun Ümumi Fizika kafedrasında müəllim, dosent, 2013-cü ildən Fizika kafedrasının müdiridir.

TƏDQİQAT SAHƏSİ

Biofizik. Kənd təsərrüfatı bitkilərinin məhculdarlığının artırılmasının biofiziki və fizioloji əsaslarının tədqiqi: Bioloji sistemlərdə fiziki proseslərin öyrənilməsi. Bioloji sistemlərdə modelləşdirmə.

BEYNƏLXALQ SEMİNAR,SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

“Fizikanın aktual problemləri”. Beynəlxalq konfrans. Bakı. 6 oktyabr 2013-cü il

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Elmi əsərləri Moskva, Kiyev, Dnepropetrovsk, Bakı və Gəncə  şəhərində çap olunmuşdur. 50-dan çox elmi əsərin, 2 metodik və 4 dərs vəsaitinin müəllifi, o cümlədən :

  1. Bitkilərin sıxlaşmaya davamlılığının qiymətləndirilməsi üsulu. Moskva №1375197 SSSR

2.Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının biofiziki üsulla qiymətləndirilməsi. Azərb.Texniki Universiteti. Elmi Əsərlər. №4, cild II (8), Bakı, 2003

  1. Biofizika (dərs vəsaiti), Bakı, 2009
  2. Bioloji sistemlər fizikası (dərs vəsaiti), Gəncə, 2014
  3. Biofizikadan praktiki məşğələlər. Bakı, 2008