MƏHƏRRƏMOV ƏBÜLFƏT PAŞA OĞLU            

Abulfat Maharramov

ÜNVAN: H.Əliyev prospekti,159,Gəncə,Azərbaycan Respublikası

Tel:             070 – 368-88-20

e-mail:        abulfat61@ mail.ru.            

QISA BİOQRAFİK MƏLUMAT

04 may 1961- ci ildə  Azərbaycan  Respublikasının  Daşkəsən  şəhərində anadan     olmuşdur.

1977-ci ildə İ. Nəsimi  adına 1 saylı orta məktəbi  bitirmişdir.

1981- ci  ildə   Gəncə   şəhərində  M. Gəncəvi adına Pedaqoji məktəbi rəsm, rəsmxət ixtisası üzrə “ FƏRQLƏNMƏ” diplomu ilə bitirmişdir.

1986- cı ildə V.İ.Lenin adına ADPİ nin ( hazırkı ADPU ) Bədii  qrafika  fakültəsinin  Rəsm,  rəsmxət və əmək  təlimi  ixtisasını bitirmişdir.

1986-cı ildə təyinat üzrə Ağdaş rayonunda ixtisası üzrə müəllim işləmişdir.

1986-88-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Gəncə Çini qablar zavodunda naxışçı rəssam vəzifəsində işləmişdir. 1989-cu ildə Gəncə şəhəri  41 saylı orta məktəbdə ixtisası üzrə müəllim vəzifəsində işləmişdir.

1989-cu ilin oktyabr ayında müsabiqə yolu ilə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (hazırkı Gəncə Dövlət Universiteti) İbtidai təlim metodikası  kafedrasına müəlim vəzifəsinə seçilmişdir.

1996-cı ildən hal – hazıra kimi “ Təsviri incəsənət kafedrası “ nda baş müəllim vəzifəsində işləyir.

Ailəlidir, 2 övladı var.

 

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Ali. Azərbaycan Respublikası V.İ.Lenin adına Dövlət Pedaqoji İnstitutunun Bədii qrafika fakültəsinin Rəsm, Rəsmxətt və əmək təlimi müəllimi ixtisası üzrə bitirib.

 

ƏMƏK FƏALİYYƏTİ

Pedaqoq- rəssam (rəsm, rəngkarlıq, kompozisiya)

TƏDQİQAT SAHƏSİ

“Təsviri incəsənət dərslərində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi“ dissertasiya mövzusu üzərində işləyir. Elmi maraq dairəsi; – Təsviri sənət əsərləri vasitəsi ilə Vətənpərvərlik tərbiyəsi, Tədris vəsaiti və proqram hazırlamaq, Bədii yaradıcılıq əsərləri yaratmaq. Gələcək planları dərsləri müasir kompyuter texnologiyasının imkanlarından istifadə etməklə tədris etməkdir.

BEYNƏLXALQ SEMİNAR,SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

2003-cü ildə Gürcüstan Respublikası Tbilisi şəhərində İncəsənət sahəsi üzrə Beynəlxalq əməkdaşlıq konfransının iştirakçısı olub. Sertifikat alıb.  Fərdi bədii yaradıcılıqla da müntəzəm məşğul olur.  Bir sıra şəhər və     respublika   sərgilərinin iştirakçısidir və fərman və diplomlar almışdir.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Kompazisiya tədris proqramının və 9 məqalənin müəllifidir.

GDU. Elmi xəbərlər. 2009 “Boyakarlıq onun növ və janrları”

“Heykəltaraşlığın əsas növləri”, 2010 №1

“Pastel rəngləri ilə işin xüsusiyyətləri” 2011 №1

“İnsan fiqurunun rənglə işlənilməsinə verilən tələblər” 2013 №3