MUSAYEV SEYFƏDDİN XƏLİL OĞLU    

Seyfaddin Musayev              

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ

ÜNVAN: H.Əliyev prospekti,159,Gəncə,Azərbaycan Respublikası

Tel:             050-896-95-66

e-mail:

QISA BİOQRAFİK MƏLUMAT

1959-cu il Gürcüstan Respublikasının Dmanisi rayonu Qızılkilsə kəndində anadan olub. Qızılkilsə kəndində orta məktəbində təhsil alıb, 1981-ci ildə ADPU-nin Fizika fakültəsini  fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Gəncə şəhərinin 27 saylı orta texniki peşə məktəbində müəllim kimi fəaliyyət göstərmişdir.

Ailəlidir, 3 övladı var.

 

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Ali təhsilli.  Baş müəllim

ƏMƏK FƏALİYY ƏTİ

1981-ci ildə Təyinatla Gəncə şəhərinin 27 saylı orta texniki peşə məktəbində müəllim kimi fəaliyyət göstərmişdir.

1990-2006-cı illər Azərbaycan Texnologiya Universitetində laboratoriya müdiri sonra isə müəllim işləmişdir.

2006-cı ildən hal – hazıra kimi Ümumi fizika kafedrasında baş müəllim vəzifəsində çalışır.

TƏDQİQAT SAHƏSİ

Yarımkeçirici kristallar əsasında işığa, temperatura, deformasiya, akustik dalğaların təsirinə həssas çeviricilərin hazırlanması.

BEYNƏLXALQ SEMİNAR,SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

Abituriyentlər üçün fizikanın bəzi bölmələrinin tədrisi metodikası ilə bağlı TQDK-da təşkil olunan seminarlarda iştirak etmişdir.

“Fizikanın aktual problemləri” Beynəlxalq elmi konfrans. BDU, Dekabr – 2013.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Elmi əsərləri Moskva, Karakanda, Ankara, Bakı və Gəncə şəhərində çap olunmuşdur.

AMEA “Xəbərlər” jurnalında məqaləsi dərc olunmuşdur.