Dosent BƏYLƏROV QURBAN BİNYAM OĞLU        

Qurban Baylarov

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ

ÜNVAN: H.Əliyev prospekti,159,Gəncə,Azərbaycan Respublikası

Tel:             055-586-56-04

e-mail:

QISA BİOQRAFİK MƏLUMAT

Bəylərov Qurban Binyam oğlu 1968-ci il  01 yanvarda Kəlbəcər rayonunun Geştək sovetliyinin Yellicə kəndində anadan olub. 1983-cü ildə Kəlbəcər rayonunun 2 saylı orta məktəbini bitirib.

1985-ci ildə H.Zərdabi adına KDPİ-nin Fizika-riyaziyyat fakültəsinin fizika-riyaziyyat ixtisasına qəbul olub. 1986-1988-ci illərdə hərbi xidmətdə olub.

1992-ci ildə həmin institutu fərqlənmə diplomu ilə  bitirmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatı əsasında Gəncə Dövlət İnstitutunun “Fizikanın tədrisi metodikası” kafedrasında saxlanılmışdır.

Ailəlidir, 4 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Ali təhsilli. Fizikanın tədrisi metodikası üzrə pedaqoji elmlər namizədi, dosent

ƏMƏK FƏALİYY ƏTİ

1992-ci ildə  H.Zərdabi adına KDPİ-nin Fizika-riyaziyyat fakültəsinin fizika-riyaziyyat ixtisasını fərqlənmə diplomu ilə  bitirmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatı əsasında Gəncə Dövlət İnstitutunun “Fizikanın tədrisi metodikası” kafedrasında saxlanılmışdır.

2005-ci ildə “Orta məktəb fizika kursunun ibtidai hərbi hazırlıq fənni ilə əlaqəli tədrisi problemləri” mövzusunda elmi iş müdafiə etmişdir. Fizikanın tədrisi metodikası üzrə  pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

Hal hazırda Gəncə Dövlət Universitetinin Ümumi fizika kafedrasının dosentidir.

TƏDQİQAT SAHƏSİ

“Orta məktəb fizika kursunun ibtidai hərbi hazırlıq (gənclərin çağırışaqədərki hazırlığı) fənni ilə əlaqəli tədrisi.

BEYNƏLXALQ SEMİNAR,SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

“Humanitar elmlərin aktual problemləri” Beynəlxalq elmi konfrans. Bakı şəhər Təhsil problemləri İnstitutu

SEÇİLMİŞ ƏSƏRLƏRİ

25 elmi məqalə 3 dərs vəsaitinin müəllifidir.

  1. “Ümumi fizika” Dərs vəsaiti. I-II-hissə
  2. “Fizikadan məsələ həlli praktikumu”. Dərs vəsaiti. 250 səh.