Dosent ƏLİYEV SABİR İSFƏNDİYAR OĞLU

Sabir Aliyev

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ

ÜNVAN: H.Əliyev prospekti,159,Gəncə,Azərbaycan Respublikası

Tel:             256-75-99

e-mail:

QISA BİOQRAFİK MƏLUMAT

1950-cu ildə Gədəbəy  rayonunun Gədəbəy qəsəbəsində  anadan olmuşdur.

1971-ci ildə Gəncə ( Kirovabad) Dövlət Pedaqoji institutunun (indiki GDU-nun) fizika ixtisasını bitirmişdir. 1984- cü ildən namizədlik dissertasiyasını müdafiə etmişdir.

Ailəlidir, 2 övladı var.

 

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Ali təhsilli. Fizika – riyaziyyat elmləri namizədi, dosent.

Azərbaycan EA fizika İnstitutunun 1976 – 79 cu illərdə əyani aspirantı olub.

ƏMƏK FƏALİYYƏTİ

Əmək fəaliyyətinə 1971-ci ildən başlayıb.

2004- cü ildən Gəncə Dövlət Universitetinin Ümumi Fizika kafedrasının dosentidir.

TƏDQİQAT SAHƏSİ

yarımkeçirici kristallarının elektrik, fotoelektrik xassələrinin tədqiqi. Bu sahə üzrə 60-dan artıq elmi məqalə çap edilib. Məqalələr Moskva, keçmiş Leninqrad, İstambul-Ərzurum və Tbilisi şəhərlərində çap olunmuşdur. Bunlardan ikisi müəlliflik şəhadətnaməsidir.

BEYNƏLXALQ SEMİNAR,SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

“Fizikanın aktual problemləri”. Beynəlxalq elmi konfran. BDU. Dekabr, 2013.

Texnoloji innovasiyalar və elmi – texniki tərəqqi. Respublika elmi – praktiki konfransı.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“Bakalavr təhsil pilləsi” üzrə tədris olunan fənn proqramlarının toplusu. Gəncə, 2013

Hazırlıq dinləyiciləri üçün fizikadan praktikum.