Dosent ZEYNALOV ZAKİR MİKAYIL OĞLU

   Zakir Zeynalov2    

ZEYNALOV ZAKİR MİKAYIL OĞLU

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ

ÜNVAN: H.Əliyev prospekti,159,Gəncə,Azərbaycan Respublikası

Tel:  055-296-66-86

e-mail:

QISA BİOQRAFİK MƏLUMAT

1948-ci ildə Gədəbəy rayonunun Samanlıq kəndində anadan olmuşdur.

1965-ci ildə orta məktəbi bitirmişdir.

1970-ci ildə S.M.Kirov adına ADU-nun fizika fakültəsini bitirmişdir.

1972-ci ildən Az.Pİ-nin Kirovabad filialında (indiki ATU) müxtəlif vəzifələrdə çalışmışdır.

Ailəlidir, 2 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Ali təhsilli. Azərbaycan Dövlət Universitetinin (BDU) fizika fakültəsini bitirmiş, 1981-ci ildə Vilnyus Dövlət Universitetində «III qrup elementləri ilə aşqarlanmış qurğuşun və mis halkoqenidlərində elektirik və istilik daşınma proseslərinin tətbiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1989-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı almışdır.

ƏMƏK FƏALİYYƏTİ

1970-72-ci illərdə təyinatla müəllim işləmiş, 1972-ci ildən 1998-ci ilədək Azərbaycan Texnalogiya İnstitunda baş laborantlıqdan fakültə dekanlığınadək müxtəlif vəzifələrdə çalışmışdır.

2003-cü ildə «Tətbiqi fizika» kafedrasının (hal hazırda Ümumi fizika kafedrası adlanır) müdiri vəzifəsinə seçilmişdir.

Hal-hazırda GDU-nun Ümumi fizika kafedrasının müdiridir.

TƏDQİQAT SAHƏSİ

Yarımkeçiricilər fizikası. “Mürəkkəb aşqarlanmış  kristallarının alınması və onların elektron xassələri” mövzusunda tədqiqat işi ilə məşğul olur.

BEYNƏLXALQ SEMİNAR,SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

Moskva. Mahaçkala, 2007, İstanbul-2013, Bodrum – 2014, Bakı – 2005, 2006, 2012. Ankara – 2006, Bakı – Sumqayıt- 2013, Bakı – 2013

SEÇİLMİŞ ƏSƏRLƏRİ

2003-2013 cü ildə respublikada və respublikadan kənar elmi jurnallarda 21-dən çox elmi məqaləsi çap olunmuşdur.

Hal-hazırda Az.M.E.A Fizika İnstitutu ilə GDU arasında birgə elmi-tədqiqat işlərinin aparılması haqda müqavilə əsasında tədqiqat işləri ilə məşğuldur. Doktorluq dissertasiyasının “Mürəkkəb aşqarlanmış  kristallarının alınması və onların elektron xassələri” mövzusu Az.M.E.A Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi şurasında qeydiyyatdan keçmişdir. Doktorluq dissertasiyasının mövzusu Az.M.E.A Fizika İnstitunun Elmi Şurasında 2007-ci lin yanvar ayında təsdiq edilmişdir.