Tahirova Tünzalə Tahir qızı
- GDU Fizika kafedrasının müəllimi
Tel: 070 785 17 79
Email: tahirova79@list.ru
- 28 aprel 1979-cu ildə Gəncə şəhərində anadan olub. Ailəlidir.2 övladı var.
Təhsili
- 1996-cı ildə Gəncə şəhəri, İ.Qayıbov adına 1 saylı tam orta məktəbi bitirib.
- 2000-ci ildə Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakultəsinin “Fizika” ixtisası üzrə bakalavr pilləsini bitirib.
- 2003-cü ildə Gəncə Dövlət Universitetinin magistratura şöbəsinin “Yarımkeçiricilər fizikası” ixtisasını fərqlənmə ilə bitirib.
Əmək fəaliyyəti
- 2003-2019-cu illərdə GDU-nun “Fizika” kafedrasında baş laborant
- 2019-cu ildən müəllim işləyir.
Elmi əsərləri
- Fizikanın tədirisində analogiya və modellərdən istifadənin xüsusiyyətləri.Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri Beynəlxalq konfrans materialları. II hissə, Gəncə 2021.
- Bərk cisimlərin gərgin deformasiya vəziyyətində gərginlik tenzorunun təyini.Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri Beynəlxalq konfrans materialları. II hissə, Gəncə 2021.
- AsPE+İn2 Se3 kompozitlərinin dielektrik parametrlərinin tezlik,temperatur xarakteristikaları. Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri Beynəlxalq konfrans materialları. IV hissə, Gəncə 2022.
Həmmüəllifi olduğu fənn proqramları
- Maddə quruluşu.GDU-nun 27.11.2019-cu il tarixli 5/338 saylı əmri, Fizika və texniki fənlər fakultəsi Elmi Şurasının 23.09.2019-cu il tarixli 01 saylı protokoluna əsasən təsdiq edilmişdir.
- Fundamental fiziki anlayışların formalaşması.GDU-nun 27.11.2019-cu il tarixli 5/338 saylı əmri, Fizika və texniki fənlər fakultəsi Elmi Şurasının 23.09.2019-cu il tarixli 01 saylı protokoluna əsasən təsdiq edilmişdir.
- Dil bilgisi; azərbaycan, rus, ingilis (zəif)
- 2002 ci ildən YAP-ın üzvü.