Fizika və texniki fənlər fakültəsi 1990-cı ildə yaradılmışdır. Fakültədə 3 ixtisas kafedrası fəaliyyət göstərir:
Fizika, Ümumi texniki fənlər və texnologiya, Təsviri incəsənət.
Fizika və texniki fənlər fakültəsinin müasir tələblərə cavab verən dərs otaqları vardır.
Burada tədrisə aid hər gün professor – müəllim heyətinin dərsləri təşkil olunur. Fakültənin tədris otaqlarında müasir elmi texniki tərəqqinin tələblərinə cavab verən dərslər keçirilir. Fakültənin elmi tədqiqat laboratoriyaları vardır.
Fizika kafedrasına aid olan laboratoriyalar, kafedra müdiri dos.N.Quliyev
- Elektrik və maqnetizm laboratoriyası
- Optik və atom fizikası laboratoriyası
- Fizikanın tədrisi metodikası laboratoriyası
- Mexanika və molekulyar fizika laboratoriyası
- Elmi tədqiqat laboratoriyası
- Yarımkeçirici cihazlar və nanotexnologiyalar laboratoriyası
- Elektrotexnika və radiotexnika laboratoriyası
- İstilik və bioloji sistemlər fizikası laboratoriyası
- Qeyri ixtisaslar üçün ümumi fizika laboratoriyası
- Astronomiya
ÜTF və texnologiya kafedrasına aid olan laboratoriyalar, kafedra müdiri dos.E.M.Cavadov.
- Avtomatika və təlimdə texniki vasitələr laboratoriyası
- Avtomobil və kənd təsərrüfatı texnologiyaları laboratoriyası
- Tikiş və yüngül sənaye texnologiyaları laboratoriyası
- Maşın və mexanizmlər, istilik texnikası laboratoriyası
- Avtomatika və elektrik ölçmələri
Təsviri incəsənət kafedrasına aid olan laboratoriyalar, kafedra müdiri dos.M.Məmmədov.
- Məktəb bədii tərtibatı və heykəltəraşlıq
- Rəsm və boyakarlıq laboratoriyaları
- Tərsimi həndəsə və rəsmxətt kabinəsi