
“ÜMUMİ TEXNİKİ FƏNLƏR VƏ TEXNOLOGİYA” kafedrası
Kafedra müdiri: Elçin Məhəmməd oğlu Cavadov-
texnika üzrə fəlsəfə doktoru, dosent
QISA BİOQRAFİK MƏLUMAT
3 iyun 1969 – cu ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Kərimli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1986 – cı ildə, həmin rayonun İnəkboğan kənd orta məktəbini qızıl medalla bitirərək, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi fakültəsinə daxil olmuşdur.1993 – cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.Təhsil aldığı müddətdə Lenin təqaüdçüsü olmuşdur.
1993 – cü ildən 1995 – ci ilədək Gəncə Dövlət Universitetinin “İstehsalat əsasları və əmək təlimi metodikası” kafedrasında tədris ustası və saat hesabı müəllim, 1995 – ci ildən 1998 – ci ilədək stajor – müəllim, 1998 – ci ildən 2000 – ci ilədək müəllim, 2000 – ci ildən həmin kafedrada baş müəllim, 2008 – ci ildən isə dosent vəzifəsində işləyir.2016-cı ildə “ÜTF və texnologiya” kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
2002 – ci ildə Azərbaycan Elmi – Tədqiqat “Aqromexanika”İnstitutunun dissertantı olmuş, 2005 – ci ildə “Üzümlüklərdə filloksera zərərvericisinə qarşı mübarizə texnologiyasının və maşınının təkmilləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
Tədqiqat işinin nəticələri AKTA – nın Elmi – Texniki şürasında müzakirə edilib, bəyənilib, respublikanın fermer və müəssisə təsərrüfatlarının üzüm bağlarında tətbiqi buna aid təkliflərin tövsiyyə formasında nəşr olunması məqsədə uyğun hesab edilmişdir. “Torpağa fumiqantları verən maşın” adlı ixtirası Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə stansiyasının “Bağmanlar” qəsəbəsində olan üzüm bağında tətbiq edilmiş, respublika üzrə kənd təsərrüfatı işləri sərgisində 1 – ci yer tutmuşdur.
80 – dən artıq elmi məqalənin, o cümlədən 3 metodik vəsaitin, 4 dərs vəsaitinin və 25-dən artıq fənn proqramının müəllifidir.Elmi əsərləri Azərbaycan və xarici ölkələrin elmi mətbuatında nəşr olunmuşdur.
2000 – ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Fizika və texniki fənlər fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri, Fakültə Elmi şürasının, Gəncə Dövlət Universiteti Elmi Şurasının , fakültə metodiki komissiyasının üzvüdür.
Kafedra üzvləri
Müəllim heyəti:
- Mahir Tahir oğlu Nağıyev -texnika üzrə fəlsəfə doktoru, dosent
- Cabbar İbrahim oğlu Qarayev -fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
- Emin Kərim oğlu Yaqubov -texnika üzrə fəlsəfə doktoru, dosent
- Mustafa Qasım oğluYusifov- texnika üzrə fəlsəfə doktoru, dosent
- Gülçimən Rasim qızıƏhədova – texnika üzrə fəlsəfə doktoru,dosent
- Saidə Abduləli qızı Tağıyeva – texnika üzrə fəlsəfə doktoru,baş müəllim
- Bahar Sabir qızı Hacıyeva – texnika üzrə fəlsəfə doktoru , baş müəllim
- Mətanət Şahin qızı Sadıxova – texnika üzrə fəlsəfə doktoru, baş müəllim
- Təranə Zahid qızı Verdiyeva – texnika üzrə fəlsəfə doktoru,baş müəllim
- Gülbəniz Qurban qızı Hüseynova -baş müəllim
- Afət Həmid qızı Əliyeva – baş müəllim
- Kamal Rəsul oğlu Məmmədov – baş müəllim
- Elbrus Cəlal oğlu Hüseynov – baş müəllim
- Elgün Elbəy qızı Həsənova –müəllim
Tədris köməkçi heyəti:
![]() | ![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() | |
![]() | Sərəncam Cəlal qızı Ələkbərova- baş laborant |
KAFEDRANIN TARİXİ HAQQINDA
“Ümumi texniki fənlər və texnologiya” kafedrası “Ümumi texniki fənlər ” adı ilə 1988 – ci ildə “Riyaziyyat və fizika” fakültəsinin tərkibində yaradılmışdır. Kafedra əsasən, “ÜTF və əmək”, “ÜTF və fizika”, “ÜTF və maşınqayırma”, “ÜTF və informatika” və “Peşə təlimi” ixtisasları üzrə kadr hazırlığı ilə məşğul olmuşdur.
Kafedrada tədris olunan fənlərin və tədris saatlarının artması hesabına 1990- cı ildə “Mühəndis pedaqoji” fakültəsinin tərkibində yuxarıda qeyd olunan ixtisaslar üzrə kadr hazırlığı ilə məşğul olan daha bir kafedra “İstehsalat əsasları və əmək təliminin metodikası” kafedrası yaradılmışdır. Həm “Ümumi texniki fənlər”, həm də “İstehsalat əsasları və əmək təliminin metodikası” kafedrası “Mühəndis-pedaqoji” fakültəsinin tərkibində fəaliyyət göstərmiş, mühəndis pedaqoqların hazırlanması prosesində xüsusi rol oynamışdır.
Dərs saatlarının azalması səbəbindən idarəetməni daha da optimallaşdırmaq üçün 2011- ci ilin aprel ayında Gəncə Dövlət Universiteti Elmi Şurasının qərarı ilə “İstehsalat əsasları və əmək təliminin metodikası” və “Ümumi texniki fənlər” kafedraları birləşdirilərək “Ümumi texniki fənlər və texnologiya” kafedrası yaradılmışdır.
Bu kafedra Gəncə Dövlət Universitetinin “Texnologiya müəllimliyi” ixtisası üzrə müəllim kadrlarının hazırlanması, habelə “Texnologiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistr hazırlığı ilə məşğul olan fundamental kafedralardan biridir.
ÜTF və texnologiya kafedrasının nəzdində 1 kabinə, 5 laboratoriya və 1 tədris emalatxanası fəaliyyət göstərir.
KAFEDRANIN İŞ HƏYATI
6 saylı orta məktəbdə baş müəllim M.Sadıxovanın nümunəvi dərsi
Kafedrada hazırlanan əsas dərslik və vəsaitlər
- Dos. E.M.Cavadov “Əmək mühafizəsi və təhlükəsizliyi” dərs vəsaiti, Bakı, 2019, qrifli nəşr.
- Dos. E.M.Cavadov “Əmək mühafizəsi və təhlükəsizliyi” metodik vəsait, Gəncə, 2009, qrifli nəşr.
- Dos. E.M.Cavadov “Həyat fəaliyyətinin təhlükəsizliyi” dərs vəsaiti, Bakı, 2011.
- Dos. E.M.Cavadov “Əmək mühafizəsi ” (laboratoriya məşğələsi üçün), Bakı, 2003.
- Dos.E.M.Cavadov, dos. M.T.Nağıyev, GDU-nun ÜTF və texnologiya kafedrasında bakalavr təhsil pilləsi üzrə tədris olunan fənn proqramları toplusu, qrifli nəşr,Gəncə, 2013.
- Dos. E.M.Cavadov “Əmək mühafizəsi və təhlükəsizliyi” fənninin proqramı, qrifli nəşr, Gəncə, 2009.
- Dos. E.M.Cavadov, Dos. E.K.Yaqubov “Qarşılıqlı əvəzetmə, standartlaşdırma və texniki ölçmələr” fənninin proqramı, qrifli nəşr, Gəncə, 2009.
- Dos. E.M.Cavadov, Dos. E.K.Yaqubov “Standartlaşdırmanın əsasları” fənninin proqramı, qrifli nəşr, Gəncə, 2013.
- Dos. E.M.Cavadov, dos. C.İ.Qarayev “Texniki fənlərin tədrisi metodikası” fənninin proqramı, qrifli nəşr, Gəncə, 2013
- Dos.E.M.Cavadov “Həyat fəaliyyətinin təhlükəsizliyi” fənninin proqramı, qrifli nəşr, Gəncə, 2017
- Dos. E.K.Yaqubov “Konstruksiya materialları texnologiyası” (laboratoriya dərs vəsaiti), Bakı, 2009
- Dos. E.K.Yaqubov “Materialların kəsilməsi, dəzgahlar və alətlər fənnindən laboratoriya məşğələlərinə rəhbərlik” Bakı, 1992.
- E.M.Cavadov, C.İ.Qarayev “Texnologiya fənninin tədrisi metodikasının müasir problemləri” fənninin proqramı,qrifli nəşr,Gəncə,2018
- E.M.Cavadov,C.İ.Qarayev “Texnologiya fənninin tədrisi metodikasının tarixi və metodologiyası” fənninin proqramı, qrifli nəşr,Gəncə,2018
- E.M.Cavadov,M.Ş.Sadıxova. “Nəzəri mexanika” fənninin proqramı qrifli nəşr, Gəncə,2019
- R.Ə.Həsənov Rəsmxətin tədrisi metodikası, dərs vəsaiti,Gəncə,2018
- M.Q.Yusifov,T.Z.Verdiyeva Kənd təsərrüfatı texnologiyları fənnindən praktikum,dərs vəsaiti,Gəncə,2020
- E.M.Cavadov, İ.M.Məmmədov, Q.N.İsayev. Texniki yaradıcılığın əsasları, dərs vəsaiti, Bakı, 2021
- Elçin Cavadov. “Əmək mühafizəsi və təhlükəsizliyi” Dərs vəsaiti. Bakı, 2019, qrifli nəşr
- R.Ə.Həsənov. Rəsmxətin tədrisi metodikası. Gəncə, 2018
- M.Q.Yusifov., T.Z.Verdiyeva. Kənd təsərrüfatı texnologiyaları fənnindən praktikum-Bakı, 2020–
- M.Q.Yusifov. İstehsalın texnoloji əsasları Bakı, 2019
- A.M.Qafarov – Metrologiya, standartlaşdırma, sertifikatlaşdırma, Bakı, 2012
- Ə.Q.Abbasov. Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi, Sumqayıt, 2014
- M.İlyasov – müəllim peşəkarlılğı, Bakı,2018
- Z.Ağayeva və b. Materialşünaslıq və elektrik materialşünaslığı, Bakı, 2012
- S.N.Əliyev. Materialşünaslıq (dülgər – xarrat işi üzrə)Bakı, 2012
- M.Cəfərov. Məişət cihazlarının təmiri texnologiyası, Bakı, 2012
- M.M.Əzimov., R.M.Həsənov. Materiallar müqaviməti (laboratoriyası). Bakı, 2017
- M.İlyasov. Peşə ixtisas seçimi. Bakı, 2015
- Ə.R.Bayramov., N.T.Əliyev., T.B.Abbasov. Tətbiqi mexanika. Gəncə, 2011
- İ.Ə.Həbibov., R.X.Məlikov. Mühəndis qrafikası. Bakı, 2011
- M.Cəfərov. Məişət cihazlarının təmiri texnologiyası. Bakı.2012
- F.Ə.Əliyev. Texnoloji avadanlıqlar. Bakı, 2018
“ÜMUMİ TEXNİKİ FƏNLƏR VƏ TEXNOLOGİYA”
kafedrasında tədris olunan fənlər
Bakalavr təhsil səviyyəsi üzrə
s/s |
Fənnin adı | |
1. |
Tərsimi həndəsə | |
2. |
Əməyin mühafizəsi və təhlükəsizliyi | |
3. |
Avtomobil | |
4. |
Avtomatikanın əsasları | |
5. |
Kənd təsərrüfatı texnologiyaları | |
6. |
Maşın və mexanizimlər nəzəriyyəsi | |
7. |
Standartlaşdırmanın əsasları | |
8. |
Texniki termodinamika | |
9. |
Texnologiya fənninin tədrisi metodikası-1-2 | |
10. |
Deformasiya olunan bərk cisimlər mexanikası | |
11. |
Rəsmxət və onun tədrisi metodikası | |
12. |
Texniki və bədii konstruksiyaetmə | |
13. | Ağac məmulatlarının hazırlanması texnologiyası | |
14. |
Metal məmulatlarının hazırlanması texnologiyası | |
15. |
Texniki yaradıcılığın əsasları | |
16. |
Qrafika(mühəndis qrafikası) | |
17. |
Kompyuter qrafikası | |
18. |
Konstruksiya materialları texnologiyası | |
19. |
Qarşılıqlı əvəzetmə, standartlaşdırma və texniki ölçmələr | |
20. |
Materiallar müqaviməti | |
21. |
Məişət elektrik cihazları | |
22. |
Tətbiqi mexanika | |
23. |
Nəzəri mexanika | |
24. |
Materialşünaslıq | |
25. |
Kulinariya praktikumu | |
26. |
Tikiş texnologiyasının praktikumu | |
27. |
İnşaat və topoqrafik çertyojlar | |
28. |
Perspektiva | |
29. |
İstehsalın texniki əsasları | |
30. |
Nəqliyyat vasitələrinin istismarı xüsusiyyətləri və yol hərəkətinin təşkili | |
31. |
Materialların kəsilməsi, dəzgah və alətlər | |
32. |
Hidravlika və hidravlik maşınlar | |
33. |
Maşınşünaslığın əsasları | |
34. |
Maşın hissələri | |
35. |
Texnologiya və onun tədrisi metodikası (İbtidai sinif müəllimliyi ixtisasında) | |
36. |
Peşə seçmə və istehsalatın əsasları | |
37. |
İstehsalatın əsasları | |
38. |
Metroloji standartlaşdırma və sertifikasiya (Ekologiya mühəndisliyi ixtisası) | |
39. |
Mühəndis geodeziyası (Ekologiya mühəndisliyi ixtisasında) | |
40. |
Mühəndis qrafikası (Ekologiya mühəndisliyi ixtisasında) | |
41. |
Məişət mədəniyyəti və məişət xidməti | |
42. |
Həyat fəaliyyətinin təhlükəsizliyi | |
Magistr təhsil səviyyəsi üzrə | ||
1. |
Texnoloji proseslərin idarə olunmasında avtomatikanın tətbiqi (TTM magistratura I k) | |
2. |
S/f. Metalşünaslığın əsasları (Kimya müəllimliyi magistratura I k) | |
3. |
Texnologiya fənninin tədrisi metodikasının tarixi və metodologiyası (TTM magistratura I k ) | |
4. |
Texnologiya fənninin tədrisi metodikasının müasir problemləri (TTM magistr I k) | |
5. |
AMEF (Peşə təliminin innovativ metodları) (TTM magistratura I k) | |
6. |
Müasir sənaye texnologiyaları (TTM magistr I k) | |
7. |
AMEF (Tədris-idman müəssisələrində əməyin mühafizəsi və təşkili) (Fiziki tərb. magistratura I k) | |
8. |
S/f. Konstruktor yaradıcılıq fəaliyyətinin əsasları (TTM magistratura I k) | |
9. |
Maşınşünaslığın tədrisi metodikası (TTM magistratura I k) | |
10. |
S/f.Standartlaşdırmanın əsasları (Biz. təş magistr II k) | |
11. |
S/f.Standartlaşdırmanın əsasları (Menecment magistr t II k ) | |
12. |
S/f.Standartlaşdırmanın əsasları (İHT magistr II k ) | |
13. |
Kimya sənayesində və laboratoriyalarında əməyin mühafizəsi və təhlükəsizliyi (Kimya müəllim. magistr I k) | |
14. |
Tədris yaradıcılıq emalatxanalarında əməyin mühafizəsi və təhlükəsizliyi (Təs.inc.müəl. magistr I k) | |
15. |
Aqrar texnologiya prosesləri və avadanlıqları (TTM magistratura I k) | |
16. |
Texnoloji proseslərin layihələndirilməsində əməyin mühafizəsi və təhlükəsizliyi (TFTM, magistratura II k ) | |
17. |
Istehsalat təliminin elmi-praktik əsasları(TTM magistratura IIk) | |
18. |
S.f. Tikiş məmulatlarının konstruksiya edilməsi və modelləşdirilməsi (TTM magistratura II k ) | |
19. |
S.f. Müasir dövrün texnoloji avadanlıqları (TTM magistratura II k ) | |
20. |
S.f. Qida məhsullarının istehsalı və emalı texnologiyaları | |
21. |
S.f. Xidmət əməyinin tədrisi metodikası | |
22. |
S.f. Tədqiqat üsulları | |