Tələbə Elmi Cəmiyyəti

 

12218100_911989712220235_507605382_o 

 

 

 

 

 

 

 

Tələbə Elmi Cəmiyyəti:

Sədr: Cavadov Elçin Məhəmməd  oğlu, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent.

Tələbə  Elmi  Cəmiyyəti  Azərbaycan  Respublikası  Prezidentinin  22  may 2009 – cu il tarixli  295  nömrəli  Sərəncamına  uyğun  olaraq  Azərbaycan  Respublikası  Təhsil  Nazirinin  27.06.2014 – cü  il 752 nömrəli  əmri ilə təsdiq edilmiş “Tələbə Elmi Cəmiyyəti  haqqında  Nümunəvi  Əsasnaməyə” uyğun  fəaliyyət  göstərir.

Tələbə Elmi Cəmiyyətinin əsas məqsədi:

* ali təhsilli  mütəxəssislərin  hazırlanmasının  keyfiyyətinin  yüksəldilməsinə yönəldilmiş  elmi-təşkilati  tədbirlərin  həyata  keçirilməsi;

* tələbələrin  elmi-texniki  potensialın  qorunub  saxlanılması;

* magistr  və  bakalavr  tələbələrin  elmi  tədqiqat  fəaliyyətini  yeni  sosial-iqtisadi şəraitə  uyğun  təşkil  etmək.

Tələbə Elmi Cəmiyyətinin əsas vəzifələri:

* tələbələrin  elmi fəaliyyətə  cəlb edilməsi və bu fəaliyyətin  təşkil  olunması;

* elmi tədqiqat  işlərinə  tələbələrin  marağının  artırılmasına  köməklik  göstərmək;

* tələbələrə  elmi tədqiqat  işlərinin  müstəqil  həll edilməsi yollarını  öyrətmək;

* istedadlı  gənclərin  aşkar  edilməsi  və  onların  müxtəlif   elmi  konfranslara cəlb  olunmasını  təşkil  etmək;

* elmi-pedaqoji  kadr  hazırlığı  üçün  perspektivli  gəncləri  seçmək  və  onları tədqiqtçılıq   fəaliyyətinə  hazırlamaq;

* müxtəlif  səviyyəli   tədbirlərin – beynəlxalq və  yerli konfransların, elmi seminarların, müxtəlif  ixtisas   və  fənlər  üzrə olimpiadaların, ali məktəblər arası ən yaxşı elmi tədqiqat işlərinin və s. keçirilməsində tələbələrin iştirakını təmin etmək;

* tələbələrin  elmi tədqiqat  işlərinin  nəşr edilməsini  təşkil etmək;

* müxtəlif  konfranslarda  fərqlənmiş  tələbələrin  mükafatlandırılması  üçün tədbirlər  görmək;

* digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsini təşkil etmək;

* istedadlı və  perspektivli  tələbələrin  təhsillərini  xarici  dövlətlərin  qabaqcıl universitetlərində  davam  etdirilməsinə  köməklik  göstərmək.

 

Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakultəsinin

Tələbə Elmi Cəmiyyətinin 2017-ci il üçün

İŞ PLANI

S/s. Görüləcək işlərin qısa məzmunu İcra vaxtı İcraya məsul şəxs
1 Fakültənin nəzdində olan kafedraların professor-müəllim heyətini 2017-ci ildə TEC xətti ilə aparılan işlərə cəlb etmək. Fakültə elmi cəmiyyətinin tərkibini müəyyənləşdirmək. Yanvar 2017 Fakültə dekanı, kafedra müdirləri. TEC sədri
2 TEC üzvlərinin təsdiqlənmiş elmi-metodik mövzular üzrə işə başlamalarına nail olmaq Fevral, mart – 2017 Kafedra müdirləri, TEC sədri, elmi rəhbərlər
3 Elmi rəhbərlər və TEC xətti ilə elmi işlər aparan tələbə və magistrantların arasında aktiv iş şəraiti yaratmaq İl ərzində Kafedra müdirləri, TEC sədri, elmi rəhbərlər
4 TEC xətti ilə tələbələrin və magistrantların elmi seminarlarının keçirilməsinə nail olmaq İl ərzində Kafedra müdirləri, TEC sədri, elmi rəhbərlər
5 Tələbələri tədris olunan ixtisas fənləri ilə bağlı elmi-tədqiqat işlərinə cəlb etmək. İstehsalat və pedaqoji təcrübələrdə, laboratoriya məşğələlərində bu işlərin praktiki tətbiqini  təşkil etmək İl ərzində TEC sədri, elmi rəhbərlər
6 TEC işlərinin gedişi barədə fakültə elmi şurasına məlumat və hesabatlar vermək İl ərzində Kafedra müdirləri, TEC sədri
7 Kafedralarda TEC işlərinin vəziyyətinin müzakirəsini təşkil etmək İl ərzində Kafedra müdirləri, TEC sədri
8 Təqvim ili üçün planlaşdırılmış elmi-tədqiqat işlərinin icrasına nəzarət etmək. Kafedra və fakültə üzrə konfranslarının təşkili və keçirilməsinə nail olmaq Aprel, may – 2017 Fakültə dekanı, kafedra müdirləri. TEC üzvləri
9 Fakültədəki tələbələr arasından universitetlərarası  olimpiadalarda və tələbə elmi konfranslarında iştirak üçün namizədlər seçmək Mart-2017 Təşkilat komitəsi, TEC sədri
10 Vaxtaşırı  olaraq universitet TEC sədri  və işçi qruppu qarşısında görülən işlər haqqında hesabat vermək İl ərzində TEC sədri
11 TEC xətti ilə respublikamızda xalq təhsili, iqtisadi inkişaf, gənclərin elmi potensialının artırılması məsələləri ilə bağlı olan mövzuların araşdırılmasına nail olmaq. İl ərzində Fakültə dekanı, TEC sədri, elmi rəhbərlər

          

                   Fakültə TEC-nin sədri:                          dos.E.M.Cavadov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir