İsgəndərova Ayşən Elbrus qızı

İsgəndərova Ayşən Elburus qızı

01.03.1996-cı ildə Az.Respublikasının Bakı şəhərində anadan olmuşdur. Gəncə şəhər 41 saylı orta məktəbi 2012-ci ildə bitirmiş, həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin dizayn ixtisasına qəbul olunmuşdur. 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin dizayn ixtisası üzrə bakalavr təhsil səviyyəsini, 2018-ci ildə isə həmin universitetin dizayn və texniki estetika ixtisası üzrə magistratura təhsil pilləsini bitirmişdir.

Təhsili:Ali

Elmi dərəcəsi və adları: müəllim

Əmək fəaliyyəti:

2019-cu ildə Gəncə Dövlət Universitetinin Təsviri incəsənət kafedrasına müəllim vəzifəsinə təyin olunmuşdur. Həmin ildə Gəncə Dövlət Universitetinin Təhsilin pedaqogikası və metodikası kafedrasına 5801.01 – “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası”(Təsviri incəsənətin tədrisi metodikası) ixtisası üzrə dissertant qəbul olunmuşdur. Gəncə Dövlət Universitetinin dissertantı olaraq  “Təsviri incəsənətin digər fənlərlə inteqrasiyası prosesində V-IX sinif şagirdlərinin həyati bacarıqlarının formalaşdırılması yolları” mövzusunda pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dssertasya işini tamamlamış və sənədlərini müdafiə şurasına təqdim etmişdir.

Əmək fəaliyyəti:5il

Tel: 051 848 08 80

Email: nargisar@inbox.ru

Son 5 ildə çap olunan məqalələr:

  1. Təsviri incəsənət məşğələlərində yuxarı sinif şagirdlərinin həyati bacarıqlarının formalaşdırılması. Gəncə Dövlət Universitetinin Xəbərləri. Fundamental, Humanitar və Təbiət elmləri seriyası № 3.
  2. Təsviri incəsənət dərslərində şagirdlərə həyati bacarıqların aşılanması işinin pedaqoji   əsasları. Pedaqogika jurnalı. Bakı 2020 № 2
  3. Təsviri incəsənət dərslərində rəsm əsərlərinin yaranma tarixi ilə bağlı verilən məlumatların şagirdlərin şəxsiyyətyönümlü inkişafına təsiri. Pedaqogika jurnalı.  Bakı 2020. № 3
  4.   Təsviri incəsənət dərslərində təlimin prinsiplərinə istinad etməklə yuxarı sinif şagirdlərinin həyati bacarıqlarının formalaşdırılması. Azərbaycan Respublikasının Təhsil İnstitutu. Elmi əsərlər. Bakı 2020   № 1
  5. Şəxsiyyətyönümlü texnologiyaların paradiqmaları və təsviri incəsənətin digər fənlərlə inteqrasiyası prosesində şagirdlərin həyati bacarıqlarının formalaşdırılmasında onların rolu. Pedaqogika jurnalı. Bakı 2021 № 1
  6. Təsviri incəsənət dərslərində yeniyetmə şagirdlərin həyati bacarıqlarının formalaşdırılması işinin psixoloji əsasları. HUMANITIES SCIENCE CURRENT ISSUES DROHOBYCH 2021 ISSUE 40
  7. Təsviri incəsənətin musiqi ilə inteqrasiyasının kreativ təşkili zamanı yuxarı sinif şagirdlərinin həyati bacarıqlarının formalaşdırılması. AHİ EVRAN İnternational Conference on Scientific Research Kırşehir Ahi Evran University 2021 Volume 2
  8. Nizami  Gəncəvi irsindəki bədii yaradıcılıq nümunələrindən  istifadə etməklə məktəblilərdə həyati bacarıqların formalaşdırılması yolları. ARTN GDU Dahi Azərbaycan şairi Nizami Gəncəvinin-880 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans 2021
  9. Təsviri incəsənətin musiqi dərsləri ilə inteqrasiyası zamanı V sinif şagirdlərinin həyati bacarıqlarının formalaşdırılması. AMEA Gəncə bölməsi. Xəbərlər məcmuəsi. Gəncə 2021 №1(2)
  10. Təsviri incəsənətin digər fənlərlə inteqrasiyası prosesində şagirdlərə həyati bacarıqların aşılanmasına verilən tələblər 2.International Antalya Scientific Research and Innovative Studies Congress Antalya – Turkey 2022 İSBN: 978-625-8377-14-9
  11. Təsviri incəsənətin biologiya fənni ilə inteqrasiyası prosesində şagirdlərin həyati bacarıqlarının formalaşdırılması.Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri”mövzusunda beynəlxalq elmi konfrans.III hissə 05-06 may 2023.

Dil bilgisi: Azərbaycan dili, İngilis dili.

YAP 2019.