ÜNVAN: H.Əliyev prospekti,159,Gəncə,Azərbaycan Respublikası
Tel: 070 – 368-88-20
e-mail: abulfat61@ mail.ru.
QISA BİOQRAFİK MƏLUMAT
04 may 1961- ci ildə Azərbaycan Respublikasının Daşkəsən şəhərində anadan olmuşdur.
1977-ci ildə İ. Nəsimi adına 1 saylı orta məktəbi bitirmişdir.
1981- ci ildə Gəncə şəhərində M. Gəncəvi adına Pedaqoji məktəbi rəsm, rəsmxət ixtisası üzrə “ FƏRQLƏNMƏ” diplomu ilə bitirmişdir.
1986- cı ildə V.İ.Lenin adına ADPİ nin ( hazırkı ADPU ) Bədii qrafika fakültəsinin Rəsm, rəsmxət və əmək təlimi ixtisasını bitirmişdir.
1986-cı ildə təyinat üzrə Ağdaş rayonunda ixtisası üzrə müəllim işləmişdir.
1986-88-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Gəncə Çini qablar zavodunda naxışçı rəssam vəzifəsində işləmişdir. 1989-cu ildə Gəncə şəhəri 41 saylı orta məktəbdə ixtisası üzrə müəllim vəzifəsində işləmişdir.
1989-cu ilin oktyabr ayında müsabiqə yolu ilə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (hazırkı Gəncə Dövlət Universiteti) İbtidai təlim metodikası kafedrasına müəlim vəzifəsinə seçilmişdir.
1996-cı ildən hal – hazıra kimi “ Təsviri incəsənət kafedrası “ nda baş müəllim vəzifəsində işləyir.
Ailəlidir, 2 övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali. Azərbaycan Respublikası V.İ.Lenin adına Dövlət Pedaqoji İnstitutunun Bədii qrafika fakültəsinin Rəsm, Rəsmxətt və əmək təlimi müəllimi ixtisası üzrə bitirib.
ƏMƏK FƏALİYYƏTİ
Pedaqoq- rəssam (rəsm, rəngkarlıq, kompozisiya)
TƏDQİQAT SAHƏSİ
“Təsviri incəsənət dərslərində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi“ dissertasiya mövzusu üzərində işləyir. Elmi maraq dairəsi; – Təsviri sənət əsərləri vasitəsi ilə Vətənpərvərlik tərbiyəsi, Tədris vəsaiti və proqram hazırlamaq, Bədii yaradıcılıq əsərləri yaratmaq. Gələcək planları dərsləri müasir kompyuter texnologiyasının imkanlarından istifadə etməklə tədris etməkdir.
BEYNƏLXALQ SEMİNAR,SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2003-cü ildə Gürcüstan Respublikası Tbilisi şəhərində İncəsənət sahəsi üzrə Beynəlxalq əməkdaşlıq konfransının iştirakçısı olub. Sertifikat alıb. Fərdi bədii yaradıcılıqla da müntəzəm məşğul olur. Bir sıra şəhər və respublika sərgilərinin iştirakçısidir və fərman və diplomlar almışdir.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Kompazisiya tədris proqramının və 9 məqalənin müəllifidir.
GDU. Elmi xəbərlər. 2009 “Boyakarlıq onun növ və janrları”
“Heykəltaraşlığın əsas növləri”, 2010 №1
“Pastel rəngləri ilə işin xüsusiyyətləri” 2011 №1
“İnsan fiqurunun rənglə işlənilməsinə verilən tələblər” 2013 №3