Mətanət Adil qızı İbrahimova

Mətanət Adil qızı İbrahimova-mühəndis proqramçı

İbrahimova Mətanət Adil qızı 1972-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1979-cu ildə 5 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuş və  1989-ci ildə həmin məktəbi bitirmişdir. 1989-cu ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Kənd təsərrüfatının elektrikləşdirilməsi və avtomatlaşdırılması” ixtisasına qəbul olunmuş, 1994-cü ildə həmin ixtisası bitirmişdir.

1995-ci il sentyabr ayından hal hazırkı vaxta kimi Gəncə Dövlət Universitetinin “ÜTF və texnologiya” kafedrasında mühəndis proqramçı vəzifəsində çalışır.