Sevda  Mirxəlil qızı Mehdiyeva

Sevda Mirxəlil qızı Mehdiyeva -tədris ustası

Mehdiyeva Sevda Mirxəlil qızı 1962-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1969-cu ildə 4 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş və  1979-cu ildə həmin məktəbi bitirmişdir. 1982-ci ildə Həsənbəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun “Riyaziyyat” ixtisasına qəbul olunmuş. 1987-ci il həmin ixtisası bitirmişdir.

1982-ci il yanvar ayından hal hazırkı vaxta kimi Gəncə Dövlət Universitetinin “ÜTF və texnologiya” kafedrasında tədris ustası vəzifəsində çalışır.