Mahirə Çingiz qızı Tağıyeva

Mahirə Çingiz qızı Tağıyeva -tədris ustası

Tağıyeva Mahirə Çingiz qızı 1958-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1965-cı ildə 21 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1973-ci ildə 43 saylı orta məktəbi bitirmişdir. 1979-cu ildə Azərbaycan Politexnik İnstitutunun “Yeyinti sənayesinin maşın və aparatları” ixtisasına qəbul olunmuş və 1985-ci ildə həmin ixtisası bitirmişdir.

2004-cü il aprel ayından hal hazırkı vaxta kimi Gəncə Dövlət Universitetinin “ÜTF və texnologiya” kafedrasında tədris ustası vəzifəsində çalışır.