Tünzalə Musa qızı Hüseynova

Tünzalə Musa qızı Hüseynova – tədris ustası

Hüseynova Tünzalə Musa qızı 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1978-ci ildə 28 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi bitirmişdir. 1995-ci ildə Azərbaycan Texnologiya Universitetinin “Texnoloji maşınlar və avadanlıqlar” ixtisasına qəbul olunmuş və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2000-ci il həmin ixtisasın magistr pilləsinə daxil olmuş və 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

1994-cü il noyabr ayından hal hazırkı vaxta kimi Gəncə Dövlət Universitetinin “ÜTF və texnologiya” kafedrasında tədris ustası vəzifəsində çalışır.