İsmayılov Elxan Xəlil oğlu

Fizika kafedrasının dosenti,  fizika  üzrə fəlsəfə doktoru,

Ismayılov Elxan Xəlil oğlu

Telefon:  +994 50 522 15 11

Email:

QISA BİOQRAFİK MƏLUMAT

18 iyul 1956 –cı ildə Tovuz rayonu Yanıqlı kəndində anadan olub. 1963-cü ildə Gəncə (Kiorvabad)  şəhəri 22 saylı orta məktəbin I sinfinə gedib. 1973-cü ildə Gəncə şəhəri  39 saylı orta məktəbin 10-cu sinfini bitirib. 1973-cü ildə  Gəncə Dövlət Universitetinin (Kirovabad Dövlət Pedaqoji İnstitutu)  fizika – riyaziyyat fakültəsinə qəbul olub, 1977-ci ildə bu ali məktəbi bitirb. Ailəlidir, 2 övladı var.  

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADI

Ali təhsilli. Fizika – riyaziyyat elmləri namizədi, dosent

Fizika üzrə fəlsəfə doktoru, 1989 –cu ildə Bakı Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edib.

ƏMƏK FƏALİYYƏTİ

Əmək fəaliyyətinə 1977-ci ildə Şəki şəhəri 10 saylı məktəbdə müəllim kimi başlayıb.

1977-1979-cu illərdə  həqiqi hərbi xidmətdə olub.

1979- cu ilin oktyabr ayından Azərbaycan Texnologiya  İnstitutunda  laborant, laboratoriya müdiri,  müəllim kimi fəaliyyət göstərib.

1996-cı ilin sentyabrından hal – hazıra kimi Gəncə Dövlət Universitetinin Fizika kafedrasında çalışır.

 TƏDQİQAT SAHƏSİ:

01.04.14 – istilik fizikası  və molekulyar fizika . Molekulyar köməkçi funksiyaların molekulların tam enerjisinin hesablanmalarına tətbiqi.

BEYNƏLXALQ SEMİNAR,SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  1. “Fizikanın aktual problemləri” beynəlxalq elmi konfrans. BDU- dekabr, 2013
  2. Texnoloji innovasiyalar və elmi – texniki tərəqqi. Respublika elmi praktiki konfransı

SEÇİLMİŞ ƏSƏRLƏRİ

40-dan artıq  elmi əsərin və “Ümumi Fizika” adlı  dərs vəsaitinin müəllifidir. Ümumi Fizika. Dərs vəsaiti. Gəncə , 2012. 352 səh.

10-dan artıq fənn proqramlarının müəlliidir.  Elmi əsərləri Moskva, Kiyev, Dnepronetrovsk, Bakı və Gəncə şəhərlərində müxtəlif jurnallarda çap olunmuşdur.

Dil bilgisi:

Rus dili – əla

İngilis dili – orta

Partiyalılığı:

2000-ci ildən YAP üzvü

Təltiflər: Yeni Azərbaycan Partiyası və GDU –rəhbərliyi tərəfindən dəfələrlə Fəxri Fərmanla və diplomlarla təltif edilib.