Hüseynov Akif Əlirza oğlu

Təsviri İncəsənət kafedrasının  pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Rəssamlar İttifaqının üzvü

Hüseynov Akif Əlirza oğlu

+994 50 379 10 58

QISA BİOQRAFİK MƏLUMAT 

Hüseynov Akif Əlirza oğlu 29 mart 1947-ci ildə Goranboy rayonunun Qaramusalı kəndində kolxozçu ailəsində anadan olub. Ailəlidir. 2 övladı, 4 nəvəsi var.  1996-ci ildən YAP-ın üzvüdür

2016-cı ildən Azərbaycan Respublikası Təhsil nazirliyinin əmək veteranıdır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

  • O, 1965-ci ildə Gəncə şəhərindəki 6 nömrəli orta məktəbi bitirib.
  • Hüseynov Akif 1965-1969-cu illərdə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib.
  • O, 1970-ci ildə M.F.Axundov adına Bakı Dövlət Kitabxanasında tərtibatçı rəssam kimi ilk əmək fəaliyyətinə başlamışdır.
  • Hüseynov Akif 1971-1976-cı illərdə Rusiya Federasiyasının Udmurt Dövlət Universitetində “Bədii qrafika” fakültəsində ali təhsil almışdır.
  • Hüseynov Akif 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində ümumi pedaqogika ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi almışdır.
  • Dissertasiyanın  mövzusu “Ali pedaqoji məktəblərdə təsviri sənət müəllimlərinin peşə hazırlığının  təkmilləşdirilməsi yolları” olmuşdur.
  • Hal-hazırda kafedranın dosentidir.

ƏMƏK FƏALİYYƏTİ

  • O, 1977-1989-cu illərdə Azərbaycan Respublikası Bədii Fondunda rəssam işləmişdir.
  • Akif Hüseynov 1989-cu ildən Gəncə Dövlət Universitetində Təsviri incəsənət kafedrasında müəllim,  baş müəllim, hal – hazırda dosent vəzifəsində çalışır. 
  • Baki-2019 “Xəzinə” Gəncə rəssamlarının sərgisində iştirakına görə təşəkkürnamə ilə təltif olunmuşdur.
  • 18.XI.2020 -ci il “Real həyat real incəsənət” müsabiqəsinin yekun sərgisində ikinci yer tutmağına görə diplomla təltif olmuşdur.
  • 2021- ci ildə Bakı şəhərində keçirilən “Can Azərbaycan” müsabiqəsində akvarel kateqoriyası üzrə müsabiqədə iştirak etmişdir.

 BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Ümummilli lider Heydər Əliyevə, Nizami Gəncəviyə, Məhsəti Gəncəviyə, Mirzə Şəfi Vazehə həsr etdiyi portret əsərləri sərgilərdə maraqla qarşılanmışdır.
  • Akif Hüseynov 1988-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqlarının üzvüdür.
  • Akif Hüseynovun qrafika, yağlı boya və akvarel ilə yaratdığı rəsm əsərləri onlarla respublika və SSRİ məkanında, o cümlədən Moskva, Sankt-Peterburq, Daşkənd, Kutaisi və s. sərgilərdə nümayiş etdirilmişdir.
  • Onun “Böyük Oktyabr – 60”, “Rusiya həftəsi”, “Nizami və onun vətəni”, “Azərbaycan təsviri incəsənəti”, “Çiçəklən doğma Azərbaycan”, “Böyük Oktyabr – 70”. “Birinci akvarel sərgisi”, “Səkkizinci Ümumittifaq akvarel sərgisi”, “Rəssamların baxış müsabiqəsi” və s. əsərləri sərgilərdə nümayiş etdirilərək fəxri fərmanlara layiq görülmüşdür.
  • Akif Hüseynovun “Kəpəz – Göy göl” rəsm əsəri Böyük Britaniya Təhsil Nazirliyinin Londondakı muzeyində saxlanılır.
  • O, Bakı və Gəncə şəhərlərində keçirilən tədbirlərdə fəal iştirak edir
  • O, 2008-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşunaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Azərbaycan Rəssamlar İttifaqının “Həvəskar rəssamların və tətbiqi sənət ustalarının əl işlərinin zonalar üzrə baxış müsabiqəsi”nin Fəxri fərmanına, 2018-ci ildə Gəncə Dövlət Universitetinin 80 illik yubileyi münasibəti ilə Fəxri fərmana,
  • 2019-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının “Xəzinə” Gəncə rəssamlarının sərgisində iştirakına görə “Təşəkkürnamə”yə, eləcə də Gəncə şəhər icra Hakimiyyətinin, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyində fəal iştirak etdiyinə görə “Fəxri fərmana” layiq görülmüşdür.
  • «Красивейщее среди озер – озеро Гей – Гель» (статья) Удмуртский  Государственный  Университет. Проблемы региальной  экологии  и географии, 9 – 13 октября, Ижевск,  2017, ст. 377 -380 – elmi konfransın iştirakçısı olmuşdur.
  • Akif Hüseynov Gəncə şəhərində fəaliyyət göstərən muzey müəssisələrinə öz rəsm əsərlərini hədiyyə etmişdir.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. Akif Hüseynov rəssam, alim, pedaqoq kimi xeyli sayda elmi-metodik vəsaitlərin (6 elmi metodik məqalənin, 3 metodiki vəsaitin, 1 dərs vəsaiti, 4 tövsiyyə, 2 fənn proqramının, 12 bədii sərgilərdə iştirak etdiyi yaradıcılıq işi və 7 kitab qrafikası) müəllifidir.
  2. Rəngkarllıqda  kompozisiyanın işlənmə xüsusiyyətləri  Naxçıvan Dövlət Universiteti. Elmi Əsərlər.Naxçıvan – 2018   № 2(9) 
  3. Natürmortun rənglə işlənməsi və tələbəyə natürmortun tərtib etməyi öyrətməyin pedaqoji yolları Naxçıvan Universteti.. 2018,  № 2  
  4. Ali məktəblərdə insan başının rəngkarlıqda  təsvir edilməsi zamanı  həll olan tədris məsələləri Gəncə Dövlət Universteti. Elmi xəbərlər. № 4 . Gəncə  2018
  5. Rəngkarlıq . Proqram. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.05.2019-cu il tarixli F-292 saylı əmri ilə təsdiq olunmuşdur.
  6. Portretin rənglə işləməsi yolları Gəncə Dövlət Universteti. Elmi xəbərlər. № 2  Gəncə  2019
  7. Mənzərənin akvarel üsulu ilə işlənməsi Gəncə Dövlət Universteti. Elmi xəbərlər. № 1   Gəncə  2020
  8. Portretin rənglə işlənməsi yolları Gəncə Dövlət Universteti. Elmi xəbərlər.                 № 1   Gəncə  2021
  9. Rəngkarlıqda  kamerton (tonlar) və kolorit anlayışı Gəncə Dövlət Universteti. Elmi xəbərlər.   № 1   Gəncə  2022
  10. Fəzanın  rəsmdə  və rəngkarlıqda  təsviri Gəncə Dövlət Universteti. Elmi xəbərlər.  № 1   Gəncə  2022
  11. Axromatik və xromatik rənglər. əsas  və əlavə rənglər. isti və soyuq rənglər və onlarin rəngkarliqda tətbiqi. Gəncə Dövlət Universteti. Elmi xəbərlər.   Gəncə  2023
  12. Sulu bоyа (акvаrеl) və quaş rəngкаrliğinin işlənməsi xüsusiyyətləri Gəncə Dövlət Universteti. Elmi xəbərlər.  Gəncə  2023
  13. Основные задачи по подготовке высококвалифицированных  педагогов изобразительного искуссвтва в вузе. Bulleten  of Science and Practice. Scientific Journal. 2023.Volume 9. Issue 2.
  14. Способы выполнения учебных задач через живопись  масляными красками в вузе. Bulleten  of Science and Practice. Scientific Journal. 2023.Volume 9. Issue 3.