Məhərrəmov Əbülfət Paşa oğlu

GDU-nun Təsviri incəsənət kafedrasının baş müəllimi

Tel; 099 368 88 20

 abulfat61@mail .ru.

 04.05.1961-ci ildə Azərbaycan Respublikasının Daşkəsən şəhərində anadan olmuşam. Orta ümumtəhsil məktəbini bitirdikdən sonra 1981-ci ildə M. Gəncəvi adına Pedaqoji məktəbi (hazırkı Gəncə Humanitar Kolleci) Rəsm və rəsmxət ixtisası üzrə  “ Fərqlənmə” diplomu ilə bitirmişəm.

1981-ci ildə V.İ.  Leninadına ADPİ-nin (hazrkı  Azərbaycan Dövlət Pedaqoji Universiteti) “Bədii qrafika” fakültəsinə daxil olmuş, 1986- cı ildə həmin təhsil müəssisəsini müvəffəqiyyətlə bitirərək rəsm, rəsmxət və əmək təlimi ixtisasına yiyələnmişəm.

1986-cı ildə Ağdaş rayonunda ixtisasım üzrə müəllim vəzifəsində işləmişəm. 1986-1988-ci illər ərzində hərbi xidmətdə olmuşam. Hərbi xidməti bitirdikdən sonra Gəncə çini qablar zavodunda “naxışçı rəssam” vəzifəsində işləmişəm.

1988-ci ilin sentyabr ayından 1989-cu ilin oktyabr ayına kimi Gəncə şəhərinin 41-saylı orta məktəbində ixtisasım üzrə müəllim vəzifəsində işləmişəm.  Eyni zamanda həmin dövrdə hzırkı Gəncə Dövlət Universiteində “İbtidai təlim metodikası “kafedrasında saat hesabı ilə təsviri incəsənət müəllimi işləmişəm. 1989-cu ilin oktyabr ayında müsabiqə yolu ilə “İbtidai təlim metodikası” kafedrasına təsviri incəsənət müəllimi seçilmişəm.

Hal –hazırda Gəncə Dövlət Universitetinin Təsviri incəsənət kafedrasında baş müəllim vəzifəsində işləyirəm. Əmək fəaliyyətmim 37 iı.

2010 –cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının

T-343 № li qərarı ilə  “Yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətimə görə” Təhsi Nazirliyinin  Fəxri fərmanına layiq görülmüşəm.  

2018 ci – ldə Azərbaycan Respublikası Təhsil Nazirliynin K-1132 nömrəli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişəm.

Şəhər və Respublika sərgilərinin fəal iştirakçısı olmuşam. Həmin sərgilərdən fəxri fərman və sertifikatlar almışam.

 Müxtəlif illərdə – elmi jurnallarda  məqalə sayi 36,  fənn proqramı 6

(Beynəlxalq elmi konfranslardan müxtəlif illərdə fəxri fərmanlar və sertifikatlar almışam)

   Xarici dil bilgisi: –Rus dili

  Mənsub olduğu partiya : YAP