Tağıyeva Ruqiyyə Akif qızı
Telefon: Ev: 259-37-82
Mobil: 55-985-15-75
EMail: ruqiyye.tagiyeva87@mail.ru
Ailədir, 2 vladı var.
1987-ci ildə Gəncə şəhərində anadan olmuşam. 1993-cü ildən 16 saylı tam orta məktəbdə təhsil alıb, 2004-cü ildə məzun olmuşam.
2005-2008-ci illərdə Gəncə Humanitar Kollecində ingilis dili müəllimliyi ixtisasında təhsil almış və qırmızı diplomla bitirmişəm. 2009-cu ildə həmin kollecin ingilis dili ixtisası üzrə yenidən hazırlanma təhsilinin tam kursunu bitirmişəm.
2010-2017-ci illərdə Gəncə şəhəri 39 saylı tam orta məktəbdə İngilis dili müəlliməsi vəzifəsində işləmişəm.
2011-2015-ci illərdə Gəncə Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə bakalavr pilləsində təhsil almışam.
2015-2017-ci illərdə Gəncə Dövlət Universitetinin Təsviri incəsənətin tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistr pilləsində təhsil almış və qırmızı diplomla bitirmişəm.
2017-ci ildə Gəncə Dövlət Universitetinin Təsviri incəsənət kafedrasında müəllim vəzifəsində işləməyə başlamışam.
2019-cu ildə Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika, Pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə doktorantura pilləsinə daxil olmuşam. “Kiçikyaşlı məktəblilərdə tolerantlığın formalaşdırılmasının imkan və yolları” mövzusunda dissertasiya işimi yekunlaşdırmışam. 2023-cü ildə ilkin müzakirə və seminardan keçmişəm. Müdafiə ərəfəsindəyəm.
2021-ci ildə Fakültə Elmi Şurasına üzv seçilmişəm. Həmin ildən kafedranın baş müəllimi vəzifəsindəyəm.
2022-ci ildən Kimya-biologiya müəllimliyi (tədris ingiliscə) ixtisasında Pedaqogika və Psixologiya fənlərini ingilis dilində tədris edirəm.
2018-ci ildən etibarən respublikada və respublikadan kənarda 20 elmi məqalə və konfrans materialım çap olunmuşdur.
2023-cü ildə ingilis dilində “Psixologiya” fənni üzrə proqramım, həmçinin, “Rəngkarlıq fənni üzrə I kursda laboratoriya məşğələlərinin aparılması”na dair metodik vəsaitim çap olunmuşdur.