DOSENT – İSMAYILOV ELXAN XƏLİL OĞLU

Elxan Ismayilov

DOSENT  –  İSMAYILOV ELXAN XƏLİL OĞLU

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ

ÜNVAN: H.Əliyev prospekti,159,Gəncə,Azərbaycan Respublikası

Tel:             050-522-15-11

e-mail:

QISA BİOQRAFİK MƏLUMAT

1956-cı ildə Tovuz rayonu Yanıqlı kəndində anadan olub. Gəncə şəhər 39 saylı  orta məktəbi 1973-cü ildə bitirib, elə həmin ildə H.Zərdabi adına KDPİ-nin Fizika-riyaziyyat fakültəsinin Fizika ixtisasına qəbul olub, 1977-ci ildə isə İnstitutu bitirmişdir.

Ailəlidir, 2 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Ali təhsilli. Fizika – riyaziyyat elmləri namizədi, dosent

ƏMƏK FƏALİYYƏTİ

1979-1994-cü ilədək Azərbaycan Texnologiya Universitetində çalışmışdır. 1989-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik  dərəcəsi almışdır.

1996-cı ildən Gəncə Dövlət Universitetində işləyir. 2003-cü ildən isə Ümumi fizika kafedrasının dosentidir.

TƏDQİQAT SAHƏSİ

Molekulyar köməkçi funksiyaların molekulların tam enerjisinin hesablanmalarına tətbiqi.

BEYNƏLXALQ SEMİNAR,SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  1. “Fizikanın aktual problemləri” beynəlxalq elmi konfrans. BDU- dekabr, 2013
  2. Texnoloji innovasiyalar və elmi – texniki tərəqqi. Respublika elmi praktiki konfransı

SEÇİLMİŞ ƏSƏRLƏRİ

21 elmi əsərin və bir dərs vəsaitinin müəllifidir. Elmi əsərləri Moskva, Kiyev, Dnepronetrovsk, Bakı və Gəncə şəhərlərində müxtəlif jurnallarda çap olunmuşdur.

1.Ümumi Fizika. Dərs vəsaiti. Gəncə , 2012. 352 səh.