Təranə Zahid qızı  Verdiyeva  – texnika üzrə fəlsəfə doktoru, baş müəllim

29 dekabr 1964- cu ildə Gəncə şəhərində ziyalı ailəsində  anadan olmuşdur. 1971- cı ildə 1 saylı orta məktəbə daxil olmuş, 1981 – cı  ildə həmin məktəbi bitirmişdir. 1981 – ci ildə Azərbaycan Texnologiya İnstitutunun “Mexanika”  fakültəsinə daxil olmuş, 1986 – cı ildə  həmin ixtisası bitirmişdir. 1987 – ci ildən 1989 – cu ilə qədər təyinatla Gəncə toxuculuq kombinatında ixtisası üzrə işləmişdir. 1989 – cu  ildə Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq  İnstitutunda baş laborant vəzifəsində çalışmışdır.

2001- ci ildə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin “ÜTF və texnologiya” kafedrasında laboratoriya müdiri, 2009 – cu ildən həmin kafedrada müəllim, 2015- ci ildən isə baş müəllim vəzifəsində çalışır. 2016-cı ildə dissertasiya müdafiə etmişdir, texnika elmləri üzrə fəlsəfə doktorudur.