Matanat Sadiqova

Mətanət Şahin qızı Sadıxova texnika üzrə fəlsəfə doktoru, baş müəllim

24 avqust 1977-ci ildə Gəncə şəhərində anadan  olmuşdur. 1984-cü ildə Gəncə şəhər 4№-li orta məktəbin birinci sinfinə  daxil olmuş,  1994-cü ildə isə Gəncə şəhər 14№-li orta məktəbini bitirmişdir.

1994-cü ildə  Azərbaycan Texnologiya Universitetinə  daxil olmuş və 1998-ci ildə universiteti fərqlənmə diplomu ilə  bitirmişdir. 1999-cu ildə  Azərbaycan Texnologiya Universitetinin magistratura pilləsinə daxil olub və 2001-ci ildə  magistr təhsil səviyyəsinin “Çoxişlənən malların texnologiyası və avadanlıqları” ixtisasını  fərqlənmə diplomu ilə bitirmişdir.  2011 – ci ildə ADAU – nun doktorantı olmuşdur.

2002-ci ildən Gəncə Dövlət Universitetində çalışır.  “Gəncə – Qazax iqtisadi rayonunda fermer təsərrüfatlarından heyvandarlıq məhsullarının emal müəssisələrinə daşınmasının əlverişli, texniki təminatının işlənməsi” mövzusunda dissertasiya işi müdafiə etmişdir, texnika üzrə fəlsəfə doktorudur.