Gülbəniz Qurban qızı  Hüseynova – baş müəllim

5 mart 1966 – cı ildə Gəncə  şəhərində  qulluqçu ailəsində  anadan olmuşdur. 1983 – çü ildə Gəncə  şəhəri 28 saylı beynəlmiləl orta məktəbi bitirmişdir. 1983  – çi ildə Azərbaycan Texnologiya Universitetinin “Yüngül sənayenin texnologiyası” fakültəsinin “Tikiş məmulatlarının texnologiyası”  ixtisasına daxil olmuş, 1992-ci ildə həmin ixtisası bitirmişdir.

1983-cü ildə AzNİXİ-də laborant, SP “Razvitiye”- xarici-ekonomik əlaqələr üzrə direktorun köməkçisi, sonra Gəncə Dövlət Gömrük İdarəsində-inspektor, GDU- nun nəzdində yaradılmış kollecdə – müəllim işləmişdir.

1994-cü ildən Gəncə Dövlət Universitetində laborant, 2001-ci ildən baş laborant, 2005-ci ildən müəllim,2010-cu ildən  baş müəllim vəzifəsində çalışır. GDU-nun ÜTF və texnologiya kafedrasının “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə dissertantıdır .