Emin Kərim oğlu Yaqubov –texnika üzrə fəlsəfə doktoru, dosent

1966-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirmişdir. Həmin il Azərbaycandan köçürmə yolu ilə Gürcüstan Politexnik İnstitutuna daxil olmuş, 1989-cu ildə həmin institutu fərqlənmə ilə bitirmişdir.

1990-cı ildən Gəncə Dövlət Universitetində çalışır. 1992-1996-cı illərədə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitututnun aspirantı olmuşdur. 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Hal – hazırda Fizika və texniki fənlər fakültəsinin  “ÜTF və texnologiya” kafedrasının dosentidir. Magistratura şöbəsinin müdiri vəzifəsində çalışır.

“Texnoloji proseslərin layihələndirilməsində metalların təzyiqlə emalı nəzəriyyəsinin tətbiqi”  mövzusunda elmi-tədqiqat işi aparır.Bir çox elmi konfrans, seminar və beynəlxalq treninqlərdə iştirak etmiş, sertifikatlar almışdır. 50-dən artıq  elmi məqalənin,o cümlədən  1 dərs vəsaitinin, 2 metodik vəsaitin  və 10-dan artıq  fənn proqramının müəllifidir. Elmi əsərləri Azərbaycan və xarici ölkələrin elmi mətbuatında nəşr olunmuşdur.