Rizvan Ədil oğlu Həsənov-texnika üzrə fəlsəfə doktoru, dosent

1941 ci ildə Gəncə şəhərndə anadan  olmuşdur. 1954-cü ildə Gəncə İnşaat Texnikumuna daxil olmuş, 1959 – cu ildə həmin texnikumu bitirmişdir. 1971- ci ildə Rostov – Don Dəmiryol Mühəndislik İnstitutunun inşaat – mühəndislik ixtisasını bitirmişdir. 1988-ci il Moskva Beton və Dəmirbeton Elmi Tədqiqat İnstitutunda İnşaat materialları və detalları üzrə “Azerit materialından yüngül polimerbeton” mövzusunda  dissertasiya işi işləmiş  və  texnika elmləri  namizədi alimlik dərəcəsi almışdır. 1960- cı ildən inşaat təşkilatlarında mühəndis, baş mühəndis, regional tikinti trestinin rəisi vəzifələrində, 1975 – ci ildən 1989- cu ilə qədər Gəncə inşaat texnikumunda müəllim, tədris işlər üzrə direktor müavini və direktor vəzifələrində işləmişdir.

1994- cü ildən Gəncə Dövlət Universitetində müəllim kimi fəaliyyətə başlamışdır və  hal-hazırda ÜTF və texnologiya  kafedrasında  dosent vəzifəsində işləyir. 40-dan artıq  elmi məqalənin, o cümlədən 4 fənn proqramının, 2 dərs vəsaitinin müəllifidir.