Dosent QASIMOV İLDIRIM İBRAHİM OĞLU

Ildirim Qasimov    

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ

ÜNVAN: H.Əliyev prospekti,159,Gəncə,Azərbaycan Respublikası

Tel:             050-323-74-78

e-mail:

QISA BİOQRAFİK MƏLUMAT

1959-cu il iyul ayının 15-də Bərdə rayonunun Həsənqaya kəndində anadan olmuşdur. 1976-cı ildə Bərdə rayonunun Saatlı kənd orta məktəbini bitirmişdir.

1980-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin fizika ixtisasını  bitirmişdir.

1983-1984-cü illərdə hərbi xidmətdə olmuşdur və  Xarici elektron qurğuları üçün hərbi məktəbi bitirmişdir.

Ailəlidir, 3 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Ali təhsilli. 1980-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin fizika ixtisasını  bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1980-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin fizika ixtisasını  bitirmişdir.

1980-1983-cü illərdə təyinatla İsmayıllı rayonunda orta məktəbdə fizika  müəllimi işləmişdir.

1984-cü ildən Gəncə Dövlət Pedaqoji İnstitutunun «Təlimin texniki vasitələri» laboratoriyasının müdiri, Ümumi Texniki Fənlər kafedrasında müəllim, baş müəllim işləmişdir.

1991-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi dərəcəsi almışdır.

1998-ci ildə Fizika və onun tədrisi metodikası kafedrasında dosent vəzifəsinə seçilmişdir. Hal-hazırda Ümumi fizika kafedrasının dosentidir.

2003-2011-ci illərdə Magistratura şöbəsinin müdiri, 2011-ci ildən Fizika və texniki fənlər fakültəsinin dekanı vəzifəsində işləyir.