22 İYUN 2026-CI İL TARİXİNDƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN FİZİKA KAFEDRASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB.
İclasda kafedra müdiri, dosent Yəhya Namazov və kafedranın professor-müəllim heyəti iştirak etmişdir. İclası kafedra müdiri, dosent Yəhya Namazov açaraq gündəlikdə duran məsələləri iştirakçıların müzakirəsinə təqdim etmişdir. İclasda 2025-2026-cı tədris ilinin yay imtahan sessiyasının nəticələri ətraflı müzakirə olunmuşdur. Kafedranın professor-müəllim heyəti tərəfindən sessiyanın gedişi, tələbələrin imtahan nəticələri və müvəffəqiyyət göstəriciləri barədə məlumatlar dinlənilmiş, müvafiq qiymətləndirmələr aparılmışdır.









