Category Archives: Xəbərlər

2 fevral- GƏNCLƏR GÜNÜ

Gənclər günü — Azərbaycanda hər il 2 fevral tarixində qeyd edilən gündür. Gənclər günü (2 fevral) – 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu gün hər kəsə məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda

Daha ətraflı

29 yanvar 2025-ci il – Bələdiyyə seçkiləri

Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da (çərşənbə günü) keçirildi. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir.

Daha ətraflı

Payız semestrinin imtahan sessiyası davam edir.

Gəncə Dövlət Universitetində 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir. Universitetdə yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb. 23 yanvar 2025-ci il tarixdən test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Gün ərzində 3000-ə qədər tələbənin test imtahanlarında iştirakı nəzərdə tutulur.   İmtahanların gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə GDU-da İmtahan Mərkəzi, İmtahan

Daha ətraflı

“Dünyanı sənət xilas edəcək”

Dekabr 2024-cü il tarixdə “Dünyanı sənət xilas edəcək” mövzusunda dünya rəssamlarının yaradıcılıq işlərindən ibarət rəsm əsərlərinin toplusu çap edilmişdir. Gəncə Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının əməkdaşları: prof. Şaiq Murtuzəli oğlu Məmmədov., dosent Akif Əlirza oğlu Hüseynov., b/m.Əbülfət Paşa oğlu Məhərrəmov., b/m.Xəyalə Eyvaz qızı Kazımova 2024-cü ildə Uluslararası Avanqard Rəssamlar Birliyinin “Çağdaş Dünya Rəssamları” kitab- kataloquna

Daha ətraflı

Gəncə Dövlət Universitetində imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ilinin payız semestrinin  imtahan sessiyasına ictimai baxış keçirilib.  Mediaturda millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova,  “Novosti Qyandja” qəzetinin baş redaktoru İrina Kalaşnikova, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi İlkin Cavadov, KİV nümayəndələri və tələbə valideynləri iştirak ediblər. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə İmtahan

Daha ətraflı

20 yanvar – Qanlı Yanvar

Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi, həmçinin 20 Yanvar Bakı faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin “Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında” Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ

Daha ətraflı

Cavad xanın anım günü

Cavad xan və ya Cavad xan Ziyadoğlu-Qacar (1748, Gəncə – 1803, Gəncə) — Qacar xanədanından olan böyük Azərbaycan sərkərdəsi, İran dövlətində ordu sərdarı, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı. 1786-cı ildən Gəncə şəhərini idarə edən Cavad xan Ziyadoğlu 1804-cü ilin yanvar ayının 3-dən 4-ə keçən gecə uzun müddət general Pavel Sisianovun başçılığı altında şəhəri mühasirədə saxlayan işğalçı rus qoşunları ilə baş verən qanlı döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Cavad

Daha ətraflı

QIŞ SEMESTRİNƏ START VERİLDİ

06 yanvar   2025- ci il tarixdən  Gəncə Dövlət Universitetində 2024-2025-ci tədris ilinin qış  semestrinin imtahan sessiyası başladı.  08 iyun 2025-ci il tarixdən isə Fizika və texniki fənlər fakültəsində qabiliyyət imtahanlarına start verildi. Tələbələrin biliyinin qiymətləndirilməsi şəffaf və obyektiv keçirilir.

26 Dekabr – Azərbaycanda matəm elan edilib.

AZAL sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlara görə dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib. Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan təyyarə Qazaxıstanda Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb. 30-dan çox adam həlak olub. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Qazaxıstan KİV-nin yaydığı

Daha ətraflı

ELMİ ŞURA – 23.12.2024

B İ L D İ R İ Ş       23  dekabr  2024–cü  il tarixdə saat   11 00 – da  Gəncə  Dövlət  Universitetinin    Fizika və texniki  fənlər fakültəsinin Elmi Şurasının iclası keçiriləcəkdir. 3.Cari məsələ:1. “ÜTF və texnologiya” kafedrasının müdiri, dosent, texnika üzrə fəlsəfə doktoru Elçin Məhəmməd oğlu Cavadovun və İradə Adil qızı Seyidovanın birgə tərtib etdikləri

Daha ətraflı