18.XI.2022-ci il tarixdə b/m.Rəsulova Elnarə Qoşqar qızının I kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında açıq dərsi keçirildi.

18.XI.2022-ci il tarixdə Təsviri incəsənət kafedrasının baş müəllimi Rəsulova Elnarə Qoşqar qızının “Təsviri incəsənət müəllimliyi” I kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən “Açıq fonda 2-3 əşyadan ibarət natürmortun etüdü” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.A.Cavadov., Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.E.İsmayılov., Təsviri incəsənət kafedrasının müdiri, prof.M.M.Məmmədov., kafedranın professor müəllim heyəti üzvlərindən 4 nəfər iştirak edirdilər.

B/m.E.Q.Rəsulova sinfi yaxşı təşkil etmişdi. Mövzuya uyğun əyani vəsaitləri var idi. Onun üzərində işin işlənmə ardıcıllığını mərhələlərlə izah etdi. Mövzunun əsas mərhələsini əyani olaraq molbert üzərində işlədi. Hazırladığı və nümayiş etdirdiyi slaydı mövzuya uyğun hazırlamışdı.

Ümumiyyətlə açıq dərsin müzakirəsi zamanı müəllim və tələbələr tərəfindən keçirilən açıq dərs qənaətbəxş hesab edildi.