21 dekabr 2022- ci il tarixdə müəllim Məmmədov Faiq Şaiq oğlunun Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  IV kurs tələbələri ilə “Tarixi memarlıq abidələri” fənnindən açıq dərsi keçirildi

21 dekabr 2022- ci il tarixdə Müəllim Məmmədov Faiq Şaiq oğlunun   açıq dərsi keçirildi

21 dekabr 2022-ci il tarixdə  “Təsviri incəsənət”  kafedrasının müəllimi Məmmədov Faiq Şaiq oğlunun  “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  IV kurs tələbələri ilə “Tarixi memarlıq abidələri” fənnindən “XIX əsr Azərbaycan memarlıq abidələrinin eskizi və təhlili” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və Texniki fənlər fakültəsinin dekan müavini dos.E.X.İsmayılov., GDU- rektorluğunun səlahiyətli nümayəndəsi dos.C.İbrahimov.,  Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən 4 nəfəri iştirak edirdilər.

Dərsin təşkilati hissəsi yüksək səviyyədə idi. Müəllim Azərbaycanın tarixi memarlıq abidələrinə aid gözəl slaydlar hazırlamışdı. Tələbələr işlədikləri abidəni özləri seçib təhlil edirdi. Müəllimin təcrübəsinin az olmasına baxmayaraq dərsi çox yüksək səviyyədə keçdi.

Müəllimin fəaliyyətini nəzərə alaraq tələbələr və müəllim heyəti tərəfindən dərs qənaətbəxş hesab edildi.