TÜRKİYƏDƏ ZƏLZƏLƏ.

 

Türkiyənin Kahramanmaraş şəhərində baş verən və çox geniş bir bölgədə hiss edilən 7,4 maqnitudalı zəlzələ böyük bir ərazidə dəhşətli dağıntılara səbəb olub

Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyimizi bildiririk.

 Türk xalqının gücü və müqavimətinin bu fəlakətin tezliklə aradan qaldırılmasına kömək edəcəyinə inanırıq.

Qardaşı dar gündə qoymaq olmaz. Türkiyənin bu ağır günündə yanında olmaq, acılarını paylaşmaq borcumuzdur. Qardaş Türkiyədə zəlzələdə həlak olan qardaşlarımızın ruhunu hörmətlə yad edərək, Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakültəsininin kollektivi Türkiyə Cümhuriyyətinin Gəncə Baş Konsulluğunu ziyarət edib və başsağlığı veriblər.

Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı türkiyəli qardaşlarımıza dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik!