6 mart 2023-cü il tarixdə Təsviri incəsənət kafedrasının müəllimi Məmmədov Şaiq Faiq oğlunun açıq dərsi keçirildi

6 mart 2023–cü il tarixdə Təsviri incəsənət kafedrasının müəllimi Məmmədov Şaiq Faiq oğlunun “Təsviri incəsənət müəllimliyi” ixitisasında II(2) kurs tələbələri ilə “Muzey işi” fənnindən “Azərbaycan və dünya muzeyləri” adlı mövzusunda  açıq dərsi keçirildi

Açıq dərsdə Fizika və Texniki fənlər fakültəsinin dekan müavini dos.M.C.Tağıyeva., Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən 4 nəfər iştirak  edirdi.

Dərsin təchizatı, tələbələrin  dərsdə  iştirakı və fəaliyyəti yüksək səviyyədə idi. Müəllim tədris prosesini müasir kommunikasiya texnologiyalarından istifadə edərək, slaydlar və əyani vəsaitlərlə apardı.  Müəllim izahını video görüntülərlə izah edirdi.

Açıq dərs müəllim və tələbə heyəti tərəfindən yüksək qiymətləndirilərək  “qənaətbəxş” qiymətləndirildi.