27.04.2023 – dos.Akif Hüseynovun I kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında “Rəngkarlıq”fənnindən açıq dərsi keçirildi

27.04.2023- cü il tarixdə dos.Hüseynov Akif Əlirza oğlunun  açıq dərsi keçirildi

27 aprel   2023-cü il tarixdə  “Təsviri incəsənət”  kafedrasının dosenti Hüseynov Akif Əlirza oğlunun   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən “Naturadan heyvanların qısamüddətli təsvirləri. Mərhələ: Format üzərində rəsmin yerləşdirilməsi və qurulması” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və Texniki fənlər fakültəsinin dekanı, prof. M.S.Quliyev., Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən 7 nəfər iştirak edirdilər.

Sonda M.Məmmədov Akif müəllimin keçdiyi açıq dərsi haqqında qeyd etdi ki, dərsin təşkilati hissəsi normal idi. Yeni dərsin izahı zamanı slaydan və kağız üzərində işlənilmiş əyani vəsaitlərdən istifadə etməsi müəllimin təcrübəli olduğunu hiss etdirirdi.

Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən yüksək qiymətləndirilərək  “qənaətbəxş” qiymətləndirildi.