16.X. 2023-cü il tarixdə IV kurs “Fizika müəllimliyi” ixtisasında  Fizika kafedrasının b/m, f.f.d. İmanova Sevinc Ramazan qızının    “Astronomiya” fənnindən  “ Astronomiyada zaman vahidləri. Vaxt hesablama sistemləri. Astronomiya təqvimləri.” mövzusunda açıq dərsi keçirildi.

16 oktyabr 2023-cü il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin IV kurs “Fizika müəllimliyi” ixtisasında  Fizika kafedrasının baş müəllimi, f.f.d. İmanova Sevinc Ramazan qızının    “Astronomiya” fənnindən  “ Astronomiyada zaman vahidləri. Vaxt hesablama sistemləri. Astronomiya təqvimləri.” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə  Fizika fakültəsinin dekan müavini, dos.M.C.Tağıyeva., Fizika kafedrasının müdiri dos.Y.B.Namazov.,    dos.R.M.İmanov., dos.S.İsgəndərova., b/m.t.f.d.S.Məmmədova., b/m.E.Məmmədov., iştirak edirdilər.

B/m,p.f.d. S.R.İmanovanın pedaqoji etikası, səlis və aydın nitqi xoş təəssürat yaratdı. Problemli təlim və interaktiv təlim metodundan, yeni texniki vasitələrdən istifadə edərək dərsi yüksək səviyyədə tədris etdi. Məqsədinə nail oldu.

Açıq dərsin sonunda  müzakirə keçirildi və açıq dərs 29 balla “əla” qiymətləndirildi.