8.XII.2023-Fizika kafedrasının b/m.f.f.d.Həmzəyeva Aysel Yunis qızının açıq dərsi keçirildi.

8 dekabr 2023-cü il tarixdə Fizika kafedrasının b/m.f.f.d. Həmzəyeva Aysel Yunis qızının “Riyaziyyat müəllimliyi və informatika müəllimliyi” ixtisasları üzrə 2 kurs tələbələrinə “Ümumi Fizika kursu”ndan “İşığın maddə ilə qarşılıqlı təsiri. Fotoeffekt və onun qanunları. Eynşteyn tənliyi” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə kafedra müdiri dos.Y.B.Namazov., dos.R.K.Hüseynov., dos.R.M.İmanov., dos.S.P.İsgəndərova., b/m.İ.M.Mövsümova., b/m.E.M.Məmmədov., və R.A.Abbasov iştirak edirdilər.

Yüksək hazırlıqlı olan Aysel Həmzəyeva Kommunikativ və konstruktiv əlaqələrdən, yeni texniki təlim vasitələrindən məharətlə istifadə edərək mühazirə oxudu. Onun gözəl nitqi, pedaqoji etikası daha çox yadda qaldı.

Açıq Dərs əla qiymətləndirildi.