Gəncə Dövlət Universiteti ilə Gəncə Şəhər Təhsil İdarəsi və M.Mehdizadə adına 4 saylı tam orta məktəb arasında imzalanan müqaviləyə əsasən GDU – nun Fizika kafedrasının müdiri dos.N.İ.Quıliyevin 28 oktyabr 2016 –cı il tarixdə 4 saylı tam orta məktəbin XIB sinfində Fizika fənnindən “Elektrik sahəsinin enerjisi, Enerji sıxlığı” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə GDU – nun Təcrübə və karyera şöbəsinin müdiri dos.M.Məmmədov., Fizika kafedrasının professor – müəllim heyəti üzvlərindən dos.R.M.İmanov., dos.S.P.İskəndərova, b/m.S.O.Məmmədova., b/m.K.R.Həsənova., b/m.S.K.Rüstəmova., müəllim R.A.Abbasov., fənn müəllimi R.Abışov., GDU – nun fizika müəllimliyi ixtisasının 4 saylı tam orta məktəbdə pedaqoji təcrübə keçən 10 nəfər IV kurs tələbələri iştirak etmişlər.
Dos.N.İ.Quliyev açıq dərsdən əvvəlki mövzunu “Kondensatorlar Onların ardıcıl və paralel birləşdirilməsi. Tutum.” mövzusunu XIB sinif şagirdləri ilə müasir təlim metodlarından istifadə etməklə təkrar etdi, köhnə mövzu haqqında şagirdləri maraqlandıran əlavə məlumatlar verdi. Daha sonra müasir texniki vasitələrdən istifadə etməklə, yeni mövzunu izah etdi.
Açıq dərsdən sonra, açıq dərsdə iştirak edən müəllim, tələbə və şagirdlərin iştirakı ilə müzakirə aparıldı və dos.N.İ.Quliyev verilən sualları cavablandırdı.