11.03.2024-cü il tarixdə Təsviri incənət kafedrasının b/m. Verdiyeva Esmira Hüseyn qızının III kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında “Rəsm” fənnindən açıq dərsi keçirildi.

11..03.2024-cü il tarixdə Fizika və texniki fənlər fakültəsinin Təsviri İncəsənət kafedrasının baş müəllimi Verdiyeva Esmira Hüseyn qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I kurs ixtisasında “Rəsm” fənnindən “Hərəkətsiz dayanmış qadın fiqurunun rəsmi” (rəsmin yerləşdirilməsi) mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.M.C.Tağıyeva., , Təsviri incəsənət kafedrasının müdiri dos.M.Məmmədov və professor müəllim heyəti üzvlərindən: dos. A.Ə.Hüseynov., b/m. Allahverdiyeva R.Q., b/m.Rəsulova E.Q., b/m.Tağıyeva R.A., müəl. Məmmədov F.Ş.., müəl. A.Məmmədova iştirak  etdilər.

b/m. E.verdiyeva dərsə  yaxşı hazırlaşmışdı. Dərsin təşkilati hissəsi normal idi. Keçmiş mövzuya aid sual cavab apardı. Yeni mövzunun izahı normal idi. Dərs zamanı izah, bərabər olaraq videoroliklər mövzuya aid işin işlənməsi ardıcıllığı ilə gedirdi. Tələbələrə fərdi yanaşaraq lazımi göstərişlər verirdi.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs qənaətbəxş hesab edildi.