14.03.2024-cü il tarixdə Fizika kafedrasının dosenti İmanov Rizvan Məhəmmədəli oğlunun Fizika müəllimliyi ixtisasının III kursunda “Statistik fizika” fənnindən açıq dərsi keçirildi.

14 mart 2024 – cü il tarixdə Fizika kafedrasının dosenti İmanov Rizvan Məhəmmədəli oğlunun Fizika müəllimliyi ixtisası üzrə III kurs tələbələrinə “Statistik fizika” fənnindən “Klassik statistikanın qazların istilik tutumu məsələlərinə tətbiqi” mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakultəsinin dekan müavini dos.Tağıyeva M.C., Fizika kafedrasının müdiri dos. Y.B.Namazov, müəl. N.Ə.Verdiyeva., müəl.T.T.Tahirova iştirak etmişlər.

dos.İmanov Rizvan mühazirədə yüksək pedaqoji etika və natiqlik qabiliyyəti nümayiş etdirən müəllim diqqətini tələbələrin təfəkkürünü inkişaf etdirməyə yönəldə bildi.

Ənənəvi və fəal təlim metodlarından yeni texniki təlim vasitələrindən istifadə etməklə mühazirəni başa çatdırdı., məqsədinə nail oldu.

Dərs müzakirə olundu. Elmi, pedaqoji, psixoloji metodik cəhətdən təhlil olunaraq “əla” qiymətləndirildi.